Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » İDMAN

Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub

22 İyun 2019, 11:00 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxıblar.

II Avropa Oyunları açılış mərasiminə geri sayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Belarusun canlı orkestrinin ifası altında bu ölkənin dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Minskdəki Oyunların paradında dörd il əvvəl Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olub. Daha sonra digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Azərbaycan millisinin paradında bayrağımızı cüdoçumuz Rüstəm Orucov apardığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini özündə cəmləyən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Belarusun ayrı-ayrı dövrlərindəki tarixi şəxsiyyətlərin tanıtım videoçarxı yayımlanıb.

BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin bayrağı gətirilərək “Dinamo Arena”dan asılıb. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.

Konsert zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov və Anna Netrebko da ifa ediblər.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb. Sonra Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.

Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib

Azərbaycan ikinci Avropa Oyunlarında 14-cü medalını qazanıb

Minskdə ikinci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib

Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb

Azərbaycan idmançıları II Avropa oyunlarına yola salınıb

İkinci Avropa Oyunlarında ölkəmiz yeddi karateçi ilə təmsil olunacaq

Azərbaycanı II Avropa Oyunlarında təsmil edəcək karateçilər bəlli olub

II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək atıcılarının adları müyyənləşib

Azad Rəhimov Minskdə II Avropa oyunlarının müzakirəsindədir

Nazir: idmançılarımızın 18 medal qazanmalarında Avropa Oyunlarının böyük dəstəyi olub

Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunmuş görüşdə iştirak edib

IV İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasimləri Avropa Oyunlarından zəif olmayacaq - nazir

"Bakı-2015" I Avropa Oyunları dünya karatesində önəmli yer tutub - Antonio Espinoz

Avropa oyunlarının təşkilində Azərbaycanı keçmək heç kəsə müyəssər olmayacaq - Aleksandr Lukaşenko

Azərbaycan "Bakı-2015" ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi - DKF prezidenti

"Bakı-2015" Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görülüb

Rusiya 2019-cu ildə Avropa oyunlarını keçirməkdən imtina edib

Birinci Avropa Oyunları zamanı istifadə olunan əşyalar muzeyə hədiyyə edilib

"Formula-1" yarışlarının büdcəsi Avropa Oyunlarından dəfələrlə azdır - BŞH rəsmisi

19 Aprel 2021, 10:17 (GMT +4)
İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar keçirilib - KİV

19 Aprel 2021, 10:15 (GMT +4)
Ötən ay sığortaolunanların sayı 0,37% artıb

19 Aprel 2021, 10:00 (GMT +4)
Martda 1200-ə yaxın sahibkar təlim və məsləhət xidmətlərindən faydalanıb

19 Aprel 2021, 09:50 (GMT +4)
Rusiya 20 çexiyalı diplomatı persona non-qrata elan edib

19 Aprel 2021, 09:45 (GMT +4)
Bakıda mənzildə kişi meyiti aşkarlanıb

19 Aprel 2021, 09:37 (GMT +4)
Misirdə qatar qəzasında ölənlərin sayı 11-ə çatıb

19 Aprel 2021, 09:18 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 140 milyonu keçib

19 Aprel 2021, 09:15 (GMT +4)
BNA: Bakıda 11 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir

19 Aprel 2021, 09:11 (GMT +4)
İranda Sepah-ın tanınmış generalı vəfat edib

19 Aprel 2021, 09:00 (GMT +4)
Yevlaxda ikimərtəbəli ərzaq mağazasında yanğın olub

19 Aprel 2021, 04:36 (GMT +4)
İnsanlar Allaha durmadan şükür etməlidir - Ramazanın 6-cı gününün duası

18 Aprel 2021, 07:48 (GMT +4)
Ramazanın beşinci gününün duası - imsak və iftar vaxtı

17 Aprel 2021, 17:00 (GMT +4)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq

17 Aprel 2021, 16:55 (GMT +4)
"Azərenerji"nin ixrac gəlirləri 10 % azalıb

17 Aprel 2021, 16:52 (GMT +4)
Ərdoğan Turqut Özalın məzarı başında Quran oxuyub (VİDEO)

17 Aprel 2021, 16:50 (GMT +4)
Azərbaycanda son sutkada 2 287 nəfər koronavirusdan sağalıb, 30 nəfər vəfat edib

17 Aprel 2021, 16:40 (GMT +4)
Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

17 Aprel 2021, 16:30 (GMT +4)
Saatlıda narkotik yetişdirən keçmiş məhkum tutulub

17 Aprel 2021, 16:15 (GMT +4)
Saatlı sakinindən odlu silah götürülüb

17 Aprel 2021, 16:08 (GMT +4)
Kərkükdə neft yatağının iki quyusunda partlayış törədilib

17 Aprel 2021, 16:05 (GMT +4)
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

17 Aprel 2021, 16:02 (GMT +4)
Türkiyədə bu gün ölkənin ən uzun körpülərindən birinin açılış mərasimi olacaq

17 Aprel 2021, 16:00 (GMT +4)
Masallıda yas mərasimi təşkil edən şəxslər cərimələnib

17 Aprel 2021, 15:45 (GMT +4)
Gəncədə polis reyd keçirib

17 Aprel 2021, 15:30 (GMT +4)
Avstriya kansleri Putin-Bayden görüşü üçün Vyananı təklif edib

17 Aprel 2021, 15:30 (GMT +4)
Azərbaycanda istehlak bazarı 4 %-dən çox azalıb

17 Aprel 2021, 15:15 (GMT +4)
Xaçmazda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Hindistanda koronavirusa yoluxanların sayı 14,5 milyona çatıb

17 Aprel 2021, 14:55 (GMT +4)
Prezident Formula 1-ə görə viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb

17 Aprel 2021, 14:46 (GMT +4)
İran Kəşfiyyatı nüvə obyektində təxribat törədən şəxsi müəyyənləşdirib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66