Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tbilisidə “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” Beynəlxalq Konfransı keçirilib

22 İyun 2019, 15:15 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzi Tiflisdə Gürcüstan-Azərbaycan əlaqələrinə həsr olunan beynəlxalq konfrans keçirib.

Tbilisi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində reallaşan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda Beynəlxalq Konfrans adı altında keçirilən konfransda Gürcüstanın tanınmış politoloqlar, ekspertlər, QHT və media rəhbərləri iştirak ediblər.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva konfransı açaraq iki ölkənin dostluq münasibətlərinin tarixinə nəzər salıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini qeyd edib.

Konfransın moderatoru – Rustavi-2 televiziyasının teleaparıcısı Ceyhun Narzalov  layihə haqqında iştirakçılara qısa məlumat verib və sözü çıxışçılara verib.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər çıxış edərək, Azərbaycan-Gürcüstan əlaqələrindən və ortaq lahiyələrdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qrupu, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən 2 aylıq layihə çərçivəsində hazırlanan ““DANIŞIR XOCALI” – sənədli film” layihəsi və bu layihə çərçivəsində reallaşan konfrans haqqında danışan Aqil Ələsgər bildirdi ki, “Bizim əsas məqsədimiz tarixən dost və qardaş ölkə olan Gürcüstanla əlaqələrimizi, ümumi maraqlarımızı və gələcək perspektivlərimizi müzakirə etmək, eyni zamanda, əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər, ortaq problemlərimiz barədə daha geniş məlumat verməkdən ibarətdir. Belə bir strateji layihəmizi dəstəklədiyinə görə təşkilatımız adından Şura rəhbərliyinə, katibliyinə dərin təşəkkürümü bildirirəm”.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev iki ölkə arasında əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib.

Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze hesab edir ki, əlaqələrin daha da yaxınlaşması üçün hər iki ölkənin vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür.

Yaxın Şərq və Qafqaz İnstitutu (IMECS) təsisçisi və baş icraçı direktoru Vasili Papava iki ölkə arasını vurmaq üçün müxtəlif güclərin səy göstərdiyini, fəqət sağlam təməllər əsasında qurulan birliyi poza bilməyəcəyini vurğulayıb.

Mədəniyyət və Əlaqələr Təşkilatının rəhbəri Natella Grigalashvili isə iki ölkənin ortaq mədəniyyətindən bəhs edib.

Daha sonra çıxış edən Tazdreli Fondunun prezidenti, Gürcüstan-Qafqaz Strateji Araşdırmaları İnstitutunun eksperti Teimuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, tarixçi alim Guram Markhulia, araşdırmaçı jurnalist İrma Mesşi, yazıçı Beka Korşiya, jurnalist Sopho Mtivlişvili,  Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Hüseyn Yusifov, Azərbaycan Diaspor İnformasiya mərkəzinin direktoru Toğrul Allahverdili və digərləri çıxış edərək mövzu ətrafında məruzələr etdilər.

Tədbirin sonunda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis dilində hazırladığı “DANIŞIR XOCALI” – sənədli filmi konfrans iştirakçılarına təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aqil Ələsgər: Ermənistan Dağlıq Qarabağı narkoplantasiyaya çevirib (VİDEO)

Aqil Ələsgər Türkiyədə “İlin altın adamı” mükafatına layiq görülüb

FETÖ-nun maliyyə dayaqları sıradan çıxarılmalıdır - Aqil Ələsgər

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olunub

Avropa Birliyi Türkiyənin yeni sistemə keçməsini istəmir - Aqil Ələsgər

Türkiyədə araşdırmaçı yazar Aqil Ələsgərin imza günü keçirilib

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12