Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“KOB klaster şirkəti”nin meyarları təsdiqlənib

25 İyun 2019, 09:22 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. Vergilər Nazirliyi Prezident İlham Əliyevin 2018-ci il 26 iyun tarixli "Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması haqqında" Fərmanına əsasən, "KOB klaster şirkəti"nin meyarlarını təsdiq edib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən SalamNews-a bildirilib ki, meyarlara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna edilməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan vergiödəyiciləri "KOB klaster şirkəti" kimi fəaliyyət göstərə bilərlər. Belə şirkətlər həyata keçiriləcək “KOB klaster” layihəsi çərçivəsində "KOB klaster şirkəti"nin qarşılıqlı asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması, klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klaster iştirakçılarından təchiz olunmasını təmin etməlidirlər. Həmin şirkətlərin nizamnaməsində əhəmiyyətli qərarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə razılaşdırmaqla yerinə yetirməli olduğu əskini tapmalıdır.

"KOB klaster şirkəti"nin fəaliyyət sahəsi aşağıdakı 3 istiqamətdən birinə uyğun olmalıdır:

- Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;

- İstehlakın 50 faizdən çox hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;

- Qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və sair) göstərilməsi.

Meyarlarda "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi də müəyyən edilib. Bakı şəhərində (Bakıətrafı qəsəbələr istisna olmaqla) fəaliyyət göstərən şirkətlər üçün bu məbləğ 5 milyon manat, Bakıətrafı qəsəbələr və Abşeron rayonu üçün 3 milyon manat, Sumqayıt və Gəncə şəhərləri üçün 2,5 milyon manat, digər şəhər və rayonlar üzrə 1,5 milyon manat nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə bu məbləğ 0,5 milyon manat olacaq. Həmin regionlarda "KOB klaster şirkəti" statusunu almaq üçün şirkətlərdən fəaliyyət sahələrinə dair tələblər üzrə nəzərdə tutulan meyarlara cavab vermələri tələb olunmur.

"KOB klaster şirkəti"nə dair tələblərə əsasən, onların layihə çərçivəsində illik dövriyyəsi KOBİA tərəfindən qəbul edilən maliyyə-iqtisadi əsaslandırma üzrə nəzərdə tutulan investisiya həcminin 20 faizindən az olmamaqla müəyyən ediləcək. Əməliyyatların tam həcmdə qanunla müəyyən olunmuş qaydada sənədləşdirilməsi (elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük sənədləri, ciddi hesabat sənədi olan alış aktları) təmin edilməlidir. "KOB klaster şirkəti" əməliyyatlar üzrə hesablaşmaların nağdsız qaydada aparılmasına üstünlük verməlidir. Tələblərə görə, vergidən yayınma üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin şirkətlərdə rəhbər və təsisçi ola bilməzlər.

Meyarlara görə, "KOB klaster şirkəti" maliyyə-iqtisadi əsaslandırma üzrə fəaliyyətə başladığı barədə KOBİA və Vergilər Nazirliyinə 3 gün müddətində məlumat verməlidir. "KOB klaster şirkəti" fəaliyyətə başladığı vaxtdan hər təqvim ili başa çatdıqdan sonra 3 ay müddətində meyarların tələblərinin tam həcmdə yerinə yetirilməsi vəziyyəti barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və vergi orqanına arayış təqdim etməlidir.

"KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə nəzərdə tutulan investisiyanın obyekti kimi əvvəllər sahibkarlıq fəaliyyətində istifadə edilmiş aktivlər, o cümlədən əsas vəsaitlər çıxış etmir və həmin aktivlərin dəyəri "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın həcminə daxil edilmir. Meyarlarla müəyyən olunmuş investisiya qoyuluşu çərçivəsində gömrük qanunvericiliyinə uyğun olaraq idxal gömrük sənədləri əsasında əldə edilmiş aktivlər və ya Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında əldə edilmiş aktivlər çıxış edə bilər.

"KOB klaster şirkəti"nin bu meyarlara cavab verməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırılmaqla təqdim olunmuş şəhadətnamə ilə təsdiq edilir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

Milli Məclisin qarşısında ictimai qaydanı kobud surətdə pozan daha bir qrup şəxs həbs edilib

Yaşar Aydəmirov: Bəzi media qurumları fikirlərimi kobud şəkildə təhrif edib

MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

AQTA: Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb

AQTA 98 müəssisədə kobud pozuntular aşkarlayıb

"KOB könüllüləri" bu dəfə çay yığımında iştirak ediblər

KOB-ların fəaliyyətinin bərpasına dəstəklə bağlı konfrans keçiriləcək

“KOB könüllüləri” fermerlərə dəstək təşəbbüsü göstəriblər

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97 faizdir

KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədir

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

10 Avqust 2020, 18:00 (GMT +4)
İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

10 Avqust 2020, 17:36 (GMT +4)
Livanın baş naziri istefa verib - KİV

10 Avqust 2020, 17:17 (GMT +4)
Neftçalada içməli su problemi aradan qaldırılır

10 Avqust 2020, 17:12 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 79-ə qədər azalıb, 278 nəfər isə sağalıb

10 Avqust 2020, 17:02 (GMT +4)
Prezident: “Qarabağ yatağı müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur"

10 Avqust 2020, 16:59 (GMT +4)
Bağdadın cənubunda İŞİD tərəfindən planlanmış partlayışın qarşısı alınıb

10 Avqust 2020, 16:46 (GMT +4)
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

10 Avqust 2020, 16:30 (GMT +4)
AFFA klublara toplar təqdim edib

10 Avqust 2020, 16:15 (GMT +4)
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib

10 Avqust 2020, 16:04 (GMT +4)
İranda son sutkada koronavirusdan 189 nəfərin ölümü qeydə alınıb

10 Avqust 2020, 16:00 (GMT +4)
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

10 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycanda bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb

10 Avqust 2020, 15:35 (GMT +4)
DYP: 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 Avqust 2020, 15:00 (GMT +4)
Qayda pozuntusuna görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib

10 Avqust 2020, 14:45 (GMT +4)
Havanı çirkləndirən sexin sahibi cəzalanıb

10 Avqust 2020, 14:43 (GMT +4)
Beyrut partlayışında ölənlərin sayı 200-ü keçib

10 Avqust 2020, 14:32 (GMT +4)
Bərdədə daha 60 evə qaz verilib

10 Avqust 2020, 14:20 (GMT +4)
İlham Əliyev Belarus prezidentini təbrik edib  

10 Avqust 2020, 14:09 (GMT +4)
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib (FOTOLAR)

10 Avqust 2020, 13:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

10 Avqust 2020, 13:41 (GMT +4)
Livanda daha bir nazir istefa verib

10 Avqust 2020, 13:30 (GMT +4)
Ağstafada top mərmisi aşkarlanıb

10 Avqust 2020, 13:16 (GMT +4)
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

10 Avqust 2020, 13:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

10 Avqust 2020, 12:46 (GMT +4)
İran xarici dövlətlərin Beyrut partlayışından sui-istifadəsi haqda xəbərdarlıq edib

10 Avqust 2020, 12:45 (GMT +4)
Monteneqro - Azərbaycan matçının stadionu bəlli olub

10 Avqust 2020, 12:30 (GMT +4)
Bakıda 18 km yol yenidən qurulur 

10 Avqust 2020, 12:15 (GMT +4)
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlanıb

10 Avqust 2020, 12:04 (GMT +4)
Körfəz ərəb dövlətləri İrana qarşı silah enbarqosunun uzadılmasını istəyib

10 Avqust 2020, 12:00 (GMT +4)
Azərbaycan Ordusunun generalı vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66