Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədov Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb

25 İyun 2019, 09:33 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Bolqarıstan Respublikası Baş Nazirinin müavini və Xarici İşlər naziri Yekaterina Zaxaryevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SalamNews xəbər verir ki, Azərbaycan-Bolqarıstan münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasında çox yaxşı münasibətlərin olduğunu bildirərək deyib: “Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Düşünürəm ki, sizin səfəriniz də ölkələrimiz arasında olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək”.

Baş Nazir Azərbaycan ilə Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Novruz Məmmədov ölkələrimiz arasındakı iqtisadi münasibətlərin daha inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Baş Nazir Bolqarıstanın Yunanıstan–Bolqarıstan İnterkonnektoru vasitəsilə “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmasının ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini deyib.

Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Bolqarıstan tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycan ilə Bolqarıstanın dost ölkələr olduqlarını vurğulayan Yekaterina Zaxaryeva 2015-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımların atıldığını bildirib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmli rolundan bəhs edilib, enerji, turizm, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşüb

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib

Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Baş Nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır

Baş Nazir Novruz Məmmədov Beynəlxalq Kənd Təsərrüfatı sərgisi ilə tanış olub

Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb

Novruz Məmmədov sürücülük vəsiqələri ilə bağlı dəyişiklikliyi təsdiqləyib

Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Baş nazir Novruz Məmmədov: Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib

Novruz Məmmədov: 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə zəngin olub

Novruz Məmmədov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Baş nazir Novruz Məmmədov BMT Baş katibinin müavini ilə görüşüb

Novruz Məmmədov  Qazaxıstana səfər edəcək

Novruz Məmmədov Uruqvay Nümayəndələr Palatasının sədri ilə görüşüb

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTOLAR)

Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib

Baş nazir Novruz Məmmədov “ADEX-2018” sərgisi ilə tanış olub

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12