Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb

25 İyun 2019, 09:00 (GMT +4)

Bakı, 25 iyun, SalamNews. Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.

Energetika Nazirliyindən SalamNews-a bildirilib ki, forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxış edən nazir enerji transformasiyasının əsas hərəkətverici qüvvələri kimi bərpaolunan enerji və enerji səmərəliliyi üzrə dünyada müşahidə olunan tendensiyalar, ölkəmizdə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərdən danışıb. Enerji transformasiyasını zəruri edən amillərdən bəhs edən Energetika naziri enerji, siyasi və ekoloji təhlükəsizliklə bağlı məsələlərin ənənəvi enerji resursları ilə müqayisədə bərpaolunan enerjinin rolunu artırdığını, enerji səmərəliliyinin enerjiyə tələbatla iqtisadi artım arasındakı ənənəvi əlaqəyə yeni məzmun gətirdiyini qeyd edib. O, enerjiyə çıxışı olmayan ölkələr kimi neft ölkələri üçün də enerjidə alternativ həllərin aktual olduğunu söyləyib.

Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı, istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların şaxələndirilməsi kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpaolunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir.

“Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər”, - deyə nazir bildirib.

Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7 faizlik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpaolunan enerji mənbələrinin payı 10,9 faizdir. Bununla belə son illər bərpaolunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpaolunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir.

“Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, - deyə P.Şahbazov əlavə edib.

Nazir dünyanın enerji xəritəsinin tərtibində Azərbaycanın roluna da toxunub, Cənub Qaz Dəhlizinin qitənin dekarbonizasiyasına verəcəyi töhfəni və ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.

Forum çərçivəsində P.Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakla da görüşüb. Görüşdə iki ölkə arasında enerji əməkdaşlğının elektroenergetika, neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib. Həmçinin “OPEC plus” əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Energetika naziri və nazir müavinləri şimal-qərb bölgəsində vətəndaşlarla görüşəcək

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

Energetika naziri: ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyini yüksək qiymətləndiririk

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 86 icazə verilib

Bu ilin 6 ayı ərzində Energetika Nazirliyinə 830 müraciət daxil olub

Energetika naziri “OPEC plus” nazirlərinin6-cı iclasında iştirak edəcək

Energetika naziri və müavinləri bölgələrdə vətəndaşları qəbul edib

Azərbaycanın energetika naziri Rusiyaya gedir

Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Yaponiyada G-20 ölkələrinin energetika və ekologiya nazirlərinin görüşü keçirilir

Energetika naziri və müavinləri vətəndaşları qəbul edəcəklər

Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumuna qatılacaq

Energetika naziri Pərviz Şahbazov Mərkəzi Azəri platformasında olub

Energetika sektorunda islahatların sürətləndirilməsinə dair kollegiya iclası keçirilib

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib

Energetika naziri vətəndaşları qəbul edib

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edib

Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

Energetika naziri və nazir müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək

Energetika Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd olunub

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12