Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq25 İyun 2019, 15:27 (GMT +4) Bakı, 25 iyun, SalamNews. Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq
SalamNews xəbər verir ki, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
Orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər: - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); - Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə); - Fəvvarələr meydanında; - Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında; - Zərifə Əliyeva parkında; - Zabitlər parkında.
|