Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 13:15 (GMT +4)

Bakı, 26 iyun, SalamNews. İpoteka və Kredit Zəmanət Fondunun yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi əhalinin və fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.

Fonddan SalamNews-a verilən məlumata görə, yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub.

Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq “ORACLE 12C Enterprise Edition” üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində “Azcloud TIER III” standartına malik bulud texnologiyası üzərində tətbiq edilib. Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib.

Eyni zamanda yeni sistemin fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq fondun əməliyyatlarının avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.

Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, fondun nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.

Hazırda fond tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi modulları üzrə işlər yekunlaşmaq üzrədir və yaxın zamanlarda bu istiqamətlər üzrə də elektron xidmətlərin əhalinin istifadəsinə verilməsi təmin ediləcək.

Qeyd edək ki, yeni sistemin tətbiqi biznes proseslərin şəffaflığının artırılmasına, fondun xidmət sahələri üzrə rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklar və fond tərəfindən maliyyə risklərinin idarə olunmasının effektivliyinin artırılmasına xidmət edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 7% artıb

Fond: 122 şəxsə güzəştli mənzillərin alınması üçün 5,3 milyon manat ipoteka krediti verilib

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 8% artıb

Nazirlər Kabineti “İpoteka kağızı”nın formasında dəyişiklik edib

İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modeli təqdim olunub

“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

İpoteka və Kredit Zəmanət Fondu Avropa Zəmanət İnstitutları Assosiasiyasına  üzv seçilib

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb

İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edən müvəkkil bankların sayı 10-a çatıb

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman imzalanıb

ASA: Sığortaçılar “İpoteka haqqında” qanuna dəyişikliyin tərəfdarı deyil

İpoteka kreditləri ilə bağlı ASA və həyat sığorta şirkətlərinin görüşü keçirilib

"Azər Türk Bank"ın ipoteka kreditləri 7% olub

İpoteka və Kredit Zəmanət Fondu 25 milyon manatlıq istiqraz buraxır

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 21 min 358 ipoteka krediti verilib

İpoteka krediti verən müvəkkil bankların sayı 23-ə çatıb

Ötən il ərzində 203,1 milyon manat məbləğində 3109 ipoteka krediti verilib

Bu ildən ipoteka kreditləri üzrə zəmanət mexanizmi tətbiq olunacaq

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12