İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib25 İyun 2019, 16:42 (GMT +4) Bakı, 25 iyun, SalamNews. Gürcüstanda iqtidarda olan "Gürcü arzusu" partiyasının lideri Arçil Talakvadze Gürcüstan parlamentinin yeni spikeri vəzifəsinə təyin edilib.
SalamNews RT-yə istinadən xəbər verir ki, 94 deputat onun lehinə səs verib.
Gürcüstan parlamentinin əvvəlki spikeri İrakli Kobahidze etiraz aksiyaları fonunda istefa vermişdi.
İyunun 24-də hökumət etirazçıların bəzi tələblərini yerinə yetirmək və 2020-ci ildə parlament seçkilərini mütənasib sistemlə keçirmək qərarına gəliblər.
|