Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

26 İyun 2019, 14:49 (GMT +4)

Bakı, 26 iyun, SalamNews. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilən “Danışır Xocalı” – sənədli film” layihəsini yekunlaşdırıb.

SalamNews xəbər verir ki, layihə çərçivəsində erməni faşistlərinin törətdiyi, bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının canlı şahidlərinin, o cümlədən yerli və xarici ekspertlərin iştirakı ilə irihəcmli “Danışır Xocalı” sənədli filmi çəkilib. İyunun 25-də sənədli filmin Azərbaycan publikası üçün ictimai baxışı təşkil olunub.

Filmin nümayişindən əvvəl çıxış edən “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər layihə haqqında ətraflı danışaraq, belə bir filmin çəkilməsi ideyasının Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək niyyətindən qaynaqlandığını vurğulayıb.

Sənədli filmin ictimai baxışında Milli Məclisin deputatları, QHT və media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Film haqqında təəssüratlarını bölüşən deputat Fəzail Ağamalı bildirib ki, xalqımız Xocalı soyqırımından əvvəl də çox müxtəlif faciələrlə üzləşib. O deyib: “Gülüstan və Türkmənçay müqaviləsindən sonra ermənilər torpaqlarımıza yerləşdirildi. Bununla da xalqımızın faciələri başladı. Mənim nəslim dörd dəfə erməni vandalizminin qurbanı olub, qohum-əqrəbamızdan 90-a yaxın şəxs öldürülüb. Xocalı soyqırımı unudula bilməz”.

Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı çıxışında belə mühüm layihələrin davamlı olaraq, həyata keçirilməsinin vacibliyini vurğulayaraq deyib: “Qoynumuzda bəslədiyimiz bəzi millətlər sonradan qanımıza susayıblar. Həqiqətən də, çox aktual və Xocalı soyqırımını dürüst əks etdirən əla film alınıb. Dünyanın böyük gücləri Xocalıda nə baş verdiyini bilirlər, lakin dünya bu gün haqdan deyil, güclüdən yanadır. Belə layihələrin davamlı olması lazımdır”.

“Danışır Xocalı” sənədli filminin məsləhətçisi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat hər bir məsələdə Azərbaycanın yanında olacaqlarını bildirib: “Xocalıdakı qətliamı lənətləyirik. Xocalı insanları mənim gözümdə qəhrəmandır. Çünki onlar silahsız olaraq, dörd il ermənilərlə mübarizə aparıblar. Filmin çəkilişi zamanı əlimizdən gələn bütün dəstəyi verdik. Hər zaman bu işlərə dəstək verməyə davam edəcəyik”.

Soyqırımı zamanı ermənilərin əsir götürdükləri Xocalı sakini Dürdanə Ağayeva isə filmlə bağlı kövrək notlarda danışıb: “Xocalıda əsirlikdə olduğum günlər haqqında kitab yazmışam. Bu filmə baxanda, çox təsirləndim. Özümə sual verirəm ki, axı mənim günahım nə idi? Kaş ki, əsirliyim haqqında yox, Xocalının gözəlliyindən yazardım. Filmi hazırlayıb ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bu filmin Xocalı haqqında həqiqətlərin dünyaya daha uca səslə tanıdılmasına töhfə olduğunu deyib: “Bu gün Azərbaycan Ordusuna, Ramil Səfərova, Mübariz İbrahimova çamur atanlar, ermənilərin halına acıyanlar indi çıxıb Dürdanə Ağayevaya cavab versinlər. Bu gün Azərbaycanda fərqli düşünmək olmaz. Bu filmin hazırlanmasında əməyi keçən hər kəsə minnətdaram”.

Xocalı soyqırımı haqqında kitabın müəllifi olduğunu vurğulayan şairə İradə Əlili çıxışında xalqımızın üzləşdiyi bu faciənin hər zaman diqqət mərkəzində olması üçün gərəkən bütün işlərin görülməsinə çağırıb.

Yekunda çıxış edən “Danışır Xocalı” sənədli filminin layihə rəhbəri Aqil Ələsgər tədbirə qatılanlara təşəkkür edib, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində hər kəsin əlindən gələni etməli olduğunu bildirib: “İdeal bir film hazırladığımızı iddia etməsək də, Xocalı soyqırımı ilə bağlı bir iş görməyə çalışdıq”.

Qeyd edək ki, “Danışır Xocalı” sənədli filminin ingilis dilində ilk nümayişi bu il iyunun 21-də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə təşkil olunan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakının Qızılbaş qəsəbəsində yaşayan internat məktəbinin məzunları üçün kurslar təşkil ediləcək

05 Avqust 2020, 18:07 (GMT +4)
AQTA sədrinə yeni müavin təyin olunub

05 Avqust 2020, 17:55 (GMT +4)
Rusiya əcnəbilərin ölkəyə giriş şərtlərini yüngülləşdirib

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

05 Avqust 2020, 14:48 (GMT +4)
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:43 (GMT +4)
Livan hökuməti azərbaycanlı dənizçiləri təxliyə edib

05 Avqust 2020, 14:21 (GMT +4)
İranda son sutkada koronavirusdan 185 nəfərin ölümü qeydə alınıb

05 Avqust 2020, 14:20 (GMT +4)
Baş prokuror və hərbi prokurorun müavinlərinin sayı artırılıb

05 Avqust 2020, 14:15 (GMT +4)
Rusiya səfirliyi Beyrutdakı partlayışla bağlı vəziyyəti şərh edib

05 Avqust 2020, 13:51 (GMT +4)
“Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə etmək mümkündür

05 Avqust 2020, 13:29 (GMT +4)
Beyrutdakı partlayış anı toy kameralarına düşüb (VİDEO)

05 Avqust 2020, 13:21 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma hallarının sayı 866,5 mini keçib

05 Avqust 2020, 13:15 (GMT +4)
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66