MDB ölkələri oyunları tarixdə ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək27 İyun 2019, 13:58 (GMT +4) Bakı, 27 iyun, SalamNews. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin oyunları tarixində ilk dəfə 2020-ci ildə Kazanda keçiriləcək.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Tatarstan Respublikası İdman Nazirliyinin mətbuat xidməti məlumat verir.
Rusiya milli komandasından başqa yarışda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək.
Qeyd edilir ki, daha sonra oyunlara başqa ölkələr də dəvət oluna bilər.
|