Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb

27 İyun 2019, 16:07 (GMT +4)

Bakı, 27 iyun, SalamNews. Dünyadakı uşaqların yarısının zorakılıqdan əziyyət çəkməsindən ciddi narahat olmalı və onların güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Məruzəçinin irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı, bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha dəhşətli olur. Körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o insanlar bu günə qədər də köçkün həyatı yaşayırlar.

SalamNews xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımından qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. Bunları sadalayıram ki, işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşağa qarşı bu zorakılıqları törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan AŞPA-nın qəbul etdiyi qətnamələri bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı zorakılıq və cinayətlərin qarşısını almaq üçün təəssüf ki, Avropa Şurası heç bir ciddi addım atmadı. Ermənistan silahlı qüvvələri azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan hərbçiləri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vurdular, 13 yaşlı Aygün Şahmalıyevanı, 2017-ci ildə isə 2 yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahını davam etdirmək olar. Bu zorakılıqları, cinayətləri törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı, bəlkə nə qədər uşaq bu gün aramızda olardı. “Sizi uşaqlara qarşı törədilmiş zorakılıqlara qarşı birlikdə, ikili standartlara yol vermədən daha ciddi mübarizəyə çağırırıq”, - deyə deputat qeyd edib.

Q.Paşayeva bildirib ki, Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentimizdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib.

Deputat qeyd edib ki, Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir.

“İnanırıq ki, bugünkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha səmərəli mübarizəyə öz müsbət töhfəsini verəcək", - deyə Q. Paşayeva vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

Qənirə Paşayeva parlament sədri olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Qənirə Paşayeva Əndican şəhərində ermənilərin törətdiyi dəhşətli cinayətlərdən danışıb

Qənirə Paşayeva Qovlar qəsəbəsinin problemləri ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva uşaq bağçalarını ziyarət edib

Millət vəkili Qənirə Paşayevanın kitablarının imza günü olub (FOTO)

Qənirə Paşayeva mükafata layiq görülüb (VİDEO)

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb (VİDEO)

Qənirə Paşayeva polisin yubiley medalı ilə təltif edilib (FOTO)

Qənirə Paşayeva: İnsanlarımızın tibbi maarifləndirilməsini gücləndirməliyik

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının rəsmiləri ilə görüşüb (FOTOLENT)

Qənirə Paşayeva AŞPA Prezident Komitəsində təkliflərlə çıxış edib

Qənirə Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəklənib

Dağlıq Qarabağ münaqişəsi bütöv türk dünyası üçün problemdir - Qənirə Paşayeva

Türkiyənin baş naziri Qənirə Paşayevaya Kırşehirin Fəxri Vətəndaşlığını təqdim edib

Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında iştirak edib (FOTOLAR)

Deputat Qənirə Paşayeva Mətbuat Muzeyi ilə tanış olub (FOTOLAR)

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın Fəxri Vətəndaşlığı verilib

Millət vəkili Qənirə Paşayeva Makedoniyanın prezidenti və birinci xanımı ilə Alxanlı faciəsini müzakirə edib

Qənirə Paşayeva ön cəbhədə sakinlərin Ramazan bayramını təbrik edib

29 May 2020, 18:14 (GMT +4)
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

29 May 2020, 17:55 (GMT +4)
Mayın 31-dən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

29 May 2020, 17:54 (GMT +4)
Azərbaycanda bəzi qadağalar qüvvədə qalacaq - Siyahı

29 May 2020, 17:50 (GMT +4)
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır

29 May 2020, 17:46 (GMT +4)
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib

29 May 2020, 17:15 (GMT +4)
Xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılıb

29 May 2020, 17:10 (GMT +4)
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur

29 May 2020, 17:01 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

29 May 2020, 17:00 (GMT +4)
Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

29 May 2020, 16:50 (GMT +4)
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlanıb

29 May 2020, 16:40 (GMT +4)
Trampla Twitter-in qarşıdurması qızışıb – Prezidentin son paylaşımı məhdudlaşdırılıb

29 May 2020, 16:37 (GMT +4)
Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

29 May 2020, 16:30 (GMT +4)
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu

29 May 2020, 16:25 (GMT +4)
Qoruyucu tibbi maskaların taxılması məcburi olan yerlərin siyahısı açıqlanıb

29 May 2020, 16:20 (GMT +4)
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb

29 May 2020, 16:08 (GMT +4)
Netanyahu Fələstin ərazilərinin İsrailə əlavə edilməsinin zamanını açıqlayıb

29 May 2020, 16:07 (GMT +4)
Azərbaycan dövlət sərhədinin bağlanması müddəti uzadılır

29 May 2020, 15:57 (GMT +4)
Kim Çen In Azərbaycan Prezidentini təbrik edib

29 May 2020, 15:40 (GMT +4)
“TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib (FOTO)

29 May 2020, 15:36 (GMT +4)
İradə İbrahimova: Ağac kəsənlər cəmiyyət qarşısında utansınlar

29 May 2020, 15:17 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı azalır, yoluxanlar sürətlə artır

29 May 2020, 15:15 (GMT +4)
Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürüb

29 May 2020, 15:01 (GMT +4)
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb

29 May 2020, 14:45 (GMT +4)
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini tutulub

29 May 2020, 14:30 (GMT +4)
Kolleclərə 47 734 nəfər sənəd verib

29 May 2020, 14:20 (GMT +4)
Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

29 May 2020, 14:01 (GMT +4)
ADU tələbə qəbulu elan edib

29 May 2020, 13:38 (GMT +4)
Tramp Minnesotada gərginliyin davam edəcəyi təqdirdə «iğtişaşçılar»a atəş açılacağını deyib  (VİDEO)

29 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

29 May 2020, 13:23 (GMT +4)
Ötən gün yol qəzalarında 6 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66