Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov: Hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməlidir

29 İyun 2019, 15:07 (GMT +4)

Bakı, 29 iyun, SalamNews, K.Orxan. İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

SalamNews DİN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, tTədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.

​Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

​Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb. Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.

Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb.

​Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd edib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran cənab V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər.

Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edilib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.

​General-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu etibarlı qoruyacaq.

​Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək möhtərəm dövlət başçımızın ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar atıldığını diqqətə çatdırıb. O, bu xüsusda respublikamızda yüksək ixtisaslı ali hüquq təhsilli kadrlarln hazırlanmasında önəmli rolu olan Polis Akademiyasında təlim, tədris prosesinin təkmilləşdirilərək ən müasir standartlar səviyyəsinə çatdlrlması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Sonra Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Fərid Qasımov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.

​Məzunlardan polis leytenantı Çingiz Qurbanov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
​Daha sonra döyüş bayrağı dördüncü kursa təhvil verilib. Kursantlar «Azərbaycan Polisi» marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı : Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edib

Pentaqon İranın pilotsuz uçuş aparatını vurmasına aydınlıq gətirib

Azərbaycandakı dini durum ABŞ Dövlət Departamentində müzakirə edilib

İraq-Suriya sərhədinə endirilən hava zərbələrində İŞİD-in 6 silahlısı ölüb

Türkiya Silahlı Qüvvələri rəhbərliyi Suriya sərhədindəki hərbi birlikləri ziyarət edib

Hizbullah liderinin təhdidindən sonra İsrail strateji təsisatlarının təhlükəsizliyini artırıb

“AMEA-nın professoru” adına seçki keçirilib

“Gilan Holding” jurnalistlər üçün təlim təşkil edir

Sudanı idarə edən hərbçilər və sivil müxalifət razılaşma sənədini imzalayıblar

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Bağdadda dini mərasim zamanı partlayış törədilib – Azı 5 ölü var (VİDEO)

İraq mənbələri İŞİD lideri əl-Bağdadinin gizləndiyi yeni bölgə barədə məlumat veriblər

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12