Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında vergi daxilolmaları barədə məlumat açıqlanıb

01 İyul 2019, 13:52 (GMT +4)

Bakı, 1 iyul, SalamNews. 2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edilib, proqnoza 110,1% əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3% və ya 239,9 milyon manat çox vəsait toplanıb.

Bu barədə SalamNews-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.

Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.

2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib.

Cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452 242 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21 394-ə çatıb. Cari ilin 1 iyun tarixinə aktiv hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz artaraq 71 930-a, aktiv fiziki şəxslərin sayı isə 12,2 faiz artaraq 380 312-yə çatıb.

Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17 610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145 377-ə çatıb.

“Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergi uçotunun düzgün qurulması Vergilər Nazirliyinin əsas fəaliyyət istiqamətləridir.

2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqi ilə əlaqədar, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin mühüm hissəsinin “ağarması” və iqtisadiyyatda ilkin şəffaflaşma əlamətlərinin müşahidə edilməsi nəticəsində vergi daxilolmalarında istər proqnoz göstəriciləri, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub. Cari ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib. Aktiv ödəyicilərin, o cümlədən aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının stabil artması, nağd hesablaşmalarda azalmanın müşahidə olunması, əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, habelə iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin yüksək artımı, o cümlədən könüllü vergi ödəmələrinin cəmi vergi daxilolmalarında xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsi vergi daxilolmalarına müsbət təsir edən amillərdir”, - Nazirliyin açıqlamasında deyilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

“Gəlir vergisi” kitabı çapdan çıxıb

Dövlət Vergi Xidmətinin əməkdaşı Beynəlxalq Foruma ekspert seçilib

Dövlət Vergi Xidməti: Alınmış mallara görə ödənilən ƏDV-nin 5,9 mln. manatı istehlakçılara geri qaytarılıb

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib

Vergiödəyicilərinin cari ödəmələri ilə bağlı ciddi güzəştlər edilib

Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib

Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

Prezident İlham Əliyev vergi güzəştləri ilə bağlı qərarı təsdiqləyib

Səudiyyə Ərəbistanı iqtisadi vəziyyətə görə subsidiyaları dayandırıb və vergiləri artırıb

Azərbaycanda rüşvət alan vergi işçiləri həbs olunub

Fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəmələrinin vaxtı uzadılıb

Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir

Bərbərlərin və taksi sürücülərinin vergi və sosial yükü 2-4 dəfə azaldılacaq

Bu ilin birinci rübündə vergi orqanlarına 53 627 müraciət daxil olub

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

Vergilərin ödənilməsi müddəti uzadılıb

Ölkəyə idxal edilən bəzi tibbi məhsullar əlavə dəyər vergisindən azad edilib - FƏRMAN

Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

26 Sentyabr 2020, 12:44 (GMT +4)
Prezidentin köməkçisi bloqerlərlə görüşüb

26 Sentyabr 2020, 12:29 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

26 Sentyabr 2020, 12:20 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayında yeni anti-rekord qeydə alınıb

26 Sentyabr 2020, 12:07 (GMT +4)
QHT Şurasının dəstəyilə 20 ailəyə humanitar yardım təqdim edilib (FOTO)

26 Sentyabr 2020, 11:55 (GMT +4)
Nigeriyada əyalət rəhbərliyinə hücum edilib, azı 15 ölü var

26 Sentyabr 2020, 11:47 (GMT +4)
Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək

26 Sentyabr 2020, 11:40 (GMT +4)
Bayden Rusiyanın ABŞ işlərinə "müdaxiləsinin" nəticələri olacağını bildirib

26 Sentyabr 2020, 11:35 (GMT +4)
Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

26 Sentyabr 2020, 11:27 (GMT +4)
İsrail İordaniyaya yeni səfir təyin edib

26 Sentyabr 2020, 11:11 (GMT +4)
Bakının küçələri yenidən dezinfeksiya edilib

26 Sentyabr 2020, 11:06 (GMT +4)
Mətbuat Şurası 2 yeni mükafat təsis edir

26 Sentyabr 2020, 10:57 (GMT +4)
XİN: Ermənistan rəhbərliyin vicdanında 14 iyulda Tovuzda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var

26 Sentyabr 2020, 10:50 (GMT +4)
ATU-ya yeni prorektor təyin olunub

26 Sentyabr 2020, 10:45 (GMT +4)
İran Tacikistan səfirini Tehranda XİN-ə çağırıb

26 Sentyabr 2020, 10:45 (GMT +4)
Türkiyədə koronavirusa yoluxan 273 282 xəstə sağalıb

26 Sentyabr 2020, 10:40 (GMT +4)
MOK beynəlxalq təlimlərə start verir

26 Sentyabr 2020, 10:26 (GMT +4)
ABŞ səfirliyi Azərbaycanda olan vətəndaşlarına xəbərdarlıq edib

26 Sentyabr 2020, 10:18 (GMT +4)
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

26 Sentyabr 2020, 10:07 (GMT +4)
ABŞ husiləri “terror təşkilatı” elan etməyi planlaşdırır - KİV

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66