Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Ömər Faiq Nemanzadənin yaradıcılığına həsr edilmiş sayt istifadəyə verilib

01 İyul 2019, 16:40 (GMT +4)

Bakı, 1 iyul, SalamNews. XX əsr Azərbaycanın görkəmli publisist, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin yaradıcılığına və fəaliyyətinə həsr olunmuş azərbaycan, rus, ingilis və türk dillərində olan omarfaig.info xatirə-məlumat saytının işə düşüb.

SalamNews-un məlumatına görə, layihənin müəllifi olan nəticəsi Ülvi Pepinova qeyd edir «Ömər Faiq Nemanzadənin publisistik və ictimai-siyasi fəaliyyətinin öyrənilməsi bizim tarixi prosesləri dərk etməyimiz üçün son dərəcə mühüm məsələ olmaqla yanaşı, XX əsrlərin əvvəllərində Rusiya imperiyasının Qafqazda türk xalqlarının reallıqlarının bərpasında son dərəcədə əhəmiyyətli bir töhfə olardı.

Ömər Faiqin «Molla Nəsrəddin» jurnalındakı nəşrləri, digər jurnal və qəzetlərdə dərc edilmiş məqalələri, oçerkləri, felyetonları və əlbəttə ki, memuarları da daxil olmaqla, bizə gəlib çatmış əsərlərinin bir qismi kifayət qədər geniş həcmli olduğu üçün, sayt tədricən və müntəzəm şəkildə yeni materiallarla dolğunlaşacaqdır. Bizim saytda Ömər Faiqin yaradıcılığını az-çox tanıyanların və məzmunu ilə yaxından tanış olanların sitat gətirdiyi «Mən kiməm» adlı ilk nəşri onun öz xalqının cahilliyinin və durğunluğunun səbəblərinin böyük ağrı-acı ilə dərk etməsinə həsr olunmuşdur.

Biz Azərbaycan mətbuat tarixinin və ADR-in tarixi dövrünün öyrənilməsi və tədqiqatı ilə məşğul hər bir kəsin, əsasən dətarixçilərin, jurnalistlərin, publisistlərin, filoloqlarınziyarətçi bloq-məqalələri müraciətlərinə böyük maraqla münasibət bildirərik.Ziyarətçi postları saytda istifadə olunan dörd dilin hər birində dərc oluna bilər. Bizim poçt ünvanımız aşağıdakı kimidir:
ofnemanzadeh@gmail.com»

Tarixi-əhəmiyyətli və ağır dövrlərdən birində öz xalqının, Qafqazın türk əhalisinin maraqlarını müdafiə edən, türk özünüdərketmənin maariflənməsi və çiçəklənməsi naminə bütün həyatı boyunca özünü riskə ataraq, dəfələrlə həbslərə məruz qalaraq, 1937-ci ildə faciəvi aqibətə qovuşmuş görkəmli maarifçi, publisist, mollanəsrəddinçi, ictimai-siyasi xadim. XX əsrin astanasında Qafqaz türk xalqlarının liberal ideyalarının, milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin katalizatoru, adı və yaradıcılığı 1980-ci illərdə məktəb proqramına qədər yüksəlsə də, bu gün Azərbaycanın dar çərçivəli akademik dairəsində arxivlərin rəflərində öz əhəmiyyətini itirmiş kitab və dərsliklərə sığınaraq tozlanmaqdadır. Biz öz tariximizi tanımaq istəyirikmi?

Bu gün «Molla Nəsrəddin» Azərbaycan cəmiyyətinin kütləvi şüurunda yalnız Cəlil Məmmədquluzadənin adı ilə əlaqələndirilir. Lakin Azərbaycan mətbuatının, xüsusilə də «Molla Nəsrəddin» jurnalının və «Qeyrət» nəşriyyatının tarixi ilə maraqlanan hər bir kəs bunun heç də belə olmadığını anlayacaqdır. Çox təəssüf ki, son onillikdə Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə ilə yanaşı jurnalın banisi, təsisçisi və müəllifi olaraq oynadığı rol təxəyyüllərdən o dərəcədə silinib ki, bir çox hallarda onun adı jurnala aidiyyəti olan şəxs kimi xatırlanmır.

Ömər Faiq Nemanzadənin jurnalın istər yaradılma, təsis olunma və nəşr olunma ideyasına, istərsə də bütünlükdə yazıçılıq məzmununa bilavasitə və birbaşa aidiyyəti vardır. Jurnal fəaliyyətinin son mərhələsində, 1921-ci ildən sonra sovet təbliğatının alətinə çevrildi və həmin vaxt Ömər Faiq artıq bu yeni, dəyişdirilmiş jurnalda çalışmadı, «satiranın» sovet variantında iştirakdan imtina etdi. Ömər Faiqin qızı Kamilə Nemanzadənin və Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın sözlərinə görə, Ömər Faiq Cəlil Məmmədquluzadənin son günlərinə və demək olar ki, həyatının son anlarına kimi onun yaxın dostu qalır: Cəlil Məmmədquluzadə 1932-ci ildə Ömər Faiq yanında dünyasını dəyişir. Ömər Faiq dostunu Bakıda torpağa tapşırır.

Ömər Faiq Nemanzadə güllələndikdən sonra liberal dünyagörüşü və türk xalqlarının tərəqqisinə bəslədiyi ümidlərdən dolayı onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilmədi. Yalnız müstəqil Azərbaycanda arxivlərin ilk növbədə elmi dairələrə, sonra da geniş ictimaiyyətə açılması ilə onun həyatının yetmiş il boyunca dilə, qələmə gətirilməyən bir çox faktları aşkara çıxdı. 1956-cı ildə keçmiş güllələnmiş «xalq düşmənləri» ilə yanaşı Ömər Faiqin də bəraət aldığına baxmayaraq, Azərbaycan ziyalılarının və elmi dairələrinin qorxu hissi o dərəcədə dərin idi ki, adı hələ də çəkilməməyə davam edirdi. Sovet dövründə təsbit olunmuş ideoloji ehkamlara sadiq qalan alimlər və tədqiqatçılar Ömər Faiqin qeyri-münasib idealları ilə dünyagörüşünü görməzlikdən gəlməyə üstünlük verirdi. Yalnız 80-ci illərin ortalarına yaxın bəzi ədəbiyyatşünaslar – o dövrün canlı şahidləri onun adını dilə gətirməyə cürət edir. Ömər Faiq Nemanzadənin yaradığılığının bərpası ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov tərəfindən həyata keçirilib.

Ömər Faiqin həyatının öyrənilməsinə və zəngin külliyyatının toplanaraq nəşr olunmasına ancaq 1980-ci illərin ortalarından sonra başlanmışdır. Professor Şamil Qurbanovun sayəsində Ömər Faiqin çoxşaxəli yaradıcılığı elmi dövriyyədə və geniş ictimaiyyətdə tanındı. Çox təəssüf ki, Qurbanovun əsərləri və kitabları rəqəmsal formata keçid dövründə köçürülüb, çap variantında yenidən nəşr olunmayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 İyul 2020, 19:21 (GMT +4)
Saatlının su təminatında yaranan çətinliklərə rəsmi ayınlıq gətirilib 

03 İyul 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

03 İyul 2020, 17:47 (GMT +4)
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını alıb

03 İyul 2020, 17:46 (GMT +4)
Ərdoğan Putin və Ruhani ilə danışıqların nəticələrini şərh edib

03 İyul 2020, 17:43 (GMT +4)
Yəmənlilər aviazərbələrə cavab olaraq Səudiyyə ərazisini 4 PUA ilə hədəfə alıblar

03 İyul 2020, 17:28 (GMT +4)
Putin Konstitusiyaya dəyişikliyə dair fərmanı imzalayıb

03 İyul 2020, 17:20 (GMT +4)
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

03 İyul 2020, 17:16 (GMT +4)
Müəllimlər üçün onlayn müsahibələrə start verilir

03 İyul 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

03 İyul 2020, 16:54 (GMT +4)
Türkiyədə fişəng zavodunda baş verən partlayışlarda ölənlərin sayı 4-ə yüksəlib 

03 İyul 2020, 16:50 (GMT +4)
Prezident Kitabxanasının “Nəriman Nərimanov” elektron layihəsi istifadəyə verilib

03 İyul 2020, 16:37 (GMT +4)
Avropanın səhv siyasəti davam etsə nüvə sazişi tam şəkildə aradan gedəcək - İran

03 İyul 2020, 16:30 (GMT +4)
Türkiyədə fişəng zavodunda silsilə partlayışlar baş verib, ölən və yaralananlar var

03 İyul 2020, 16:11 (GMT +4)
İran səfirliyi AzTV-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib

03 İyul 2020, 16:10 (GMT +4)
ÜST və tərəfdaşları Azərbaycanda REACT-C19 layihəsini yekunlaşdırıblar

03 İyul 2020, 15:58 (GMT +4)
Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat edib

03 İyul 2020, 15:52 (GMT +4)
Balaxanı yeni turizm məkanına çevrilir

03 İyul 2020, 15:44 (GMT +4)
The Hill: ABŞ-ın keçmiş prezidenti Qərb sahilinin ilhaqını “qanunsuz işğal” adlandırıb

03 İyul 2020, 15:36 (GMT +4)
Daha bir Avropa dövləti İsraillə Fələstin arasında vasitəçiliyə başlayıb

03 İyul 2020, 15:20 (GMT +4)
Jan Kasteks Fransanın yeni baş naziri təyin olunub

03 İyul 2020, 15:17 (GMT +4)
Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

03 İyul 2020, 15:11 (GMT +4)
“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

03 İyul 2020, 15:00 (GMT +4)
Rəsədxana: Sabah planetlərin paradı başlayır

03 İyul 2020, 14:46 (GMT +4)
Maduro Avropa İttifaqının Venesueladakı nümayəndəsini geri göndərməməsinə aydınlıq gətirib

03 İyul 2020, 14:34 (GMT +4)
Gömrük Akademiyasının məzunu: İndi ən düzgün seçimi etmiş olduğumu bilirəm

03 İyul 2020, 14:24 (GMT +4)
Masallıda karantin qaydalarını pozan kafe və çayxana sahibləri cərimələnib

03 İyul 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 11 mini ötüb

03 İyul 2020, 14:05 (GMT +4)
Rusiya koronavirusun müalicəsi üçün dərman satmağa başlayıb

03 İyul 2020, 14:00 (GMT +4)
AZTV: 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başındadır

03 İyul 2020, 13:50 (GMT +4)
Azərbaycanda tələbələrin köçürülməsi müvəqqəti təxirə salınır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66