Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Azərbaycana gəlib

02 İyul 2019, 12:06 (GMT +4)

Bakı, 2 iyul, SalamNews. Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycana səfərə gəlib.

Fonddan SalamNews-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət ediblər.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayevdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. M.İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Tbilisi şəhərində elan olunması, XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın inkişafında müstəsna rol oynayan ziyalılarımızın Qori şəhərində yerləşən Müəllimlər Seminariyasında təhsil alması, dövlət müstəqilliklərimizin bərpasının eyni dövrə təsadüf etməsi, hər iki ölkədə etnik və mədəni müxtəlifliyin, birgəyaşayış ənənəsinin, dini dözümlülüyün mövcudluğu və s. xalqlarımızı birləşdirən ortaq dəyərlərdir. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edən M.İsmayılov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında mənəvi əlaqələrin gücləndirilməsində Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə bu qurumun rəhbəri şeyxülislam Allahşükür Paşazadənin önəmli rolu var. Bu baxımdan şeyxülislam Allahşükür Paşazadə ilə Gürcüstanın katalikos-patriarxı II İlyanın yüksək səviyyəli münasibətləri böyük önəm kəsb edir.

M.İsmayılov Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi tədbirlər barəsində də qonaqlara geniş məlumat verib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və digər qonaqlar dəvətə görə Fondun rəhbərliyinə təşəkkür ediblər. Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiklərini vurğulayan Ramin İgidov bildirib ki, Gürcüstanda da dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Digər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayan nümayəndə heyətinin üzvləri bu baxımdan məzhəblərarası vəhdət, dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm kimi mövzularda Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin onlar üçün çox önəmli olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, bir neçə gün davam edəcək səfər çərçivəsində müxtəlif dini-tarixi abidələrin ziyarət edilməsi, çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

GMİ son beş ildə görülən işlərlə bağlı hesabat verib

Arakanda müsəlmanlara qarşı baş verənlər bir soyqırımdır - BGMİ şeyxi

Gürcüstanda 40-dan çox məscid təmir olunur, 10-na yaxın yeni məscid tikilir - BGMİ şeyxi

Gürcüstandakı islam vəhdətini parçalamaq zərərli haldır - GMİ sədri (MÜSAHİBƏ)

Rəcəb ayı Ramazana hazırlıq ayıdır - BGMİ şeyxi

İslam qardaşlığı və birliyi əməli şəkildə özünü göstərilməlidir - BGMİ sədri

Kərbəla həqiqətləri xürafatdan uzaq şəkildə dünyaya çatdırılarsa, günahsız insanlar ölməz - GMİ şeyxi

"Qədir-Xum"un əhəmiyyəti İslamı yaşatmaq və düzgün çatdırmaq olub - GMİ sədri

Son iki il ərzində Gürcüstanda 5 məscid tikilib - GMİ sədri

GMİ-nin təşkilatçılığı ilə Gürcüstanda iftar verilib (FOTO)

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

GMİ sədri Məhərrəm mərasimlərinin davamlı olmasının mahiyyətini şərh edib

Qədir-xum bayramı vəhdət mehvəri olmalıdır - GMİ sədri

Elmar Məmmədyarov: “ATƏT DTİHB-nin Azərbaycana 400 müşahidəçi göndərmək istəyi normal məntiqə sığmır”

Putinin açıqlaması məntiqə sığmır - türkiyəli nazir

GMİ yeni loqosunu təqdim edib

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Yasamalda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

20 İyul 2019, 13:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 İyul 2019, 13:50 (GMT +4)
Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12