Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

02 İyul 2019, 15:38 (GMT +4)

Bakı, 2 iyul, SalamNews. Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 2-də Qazaxıstan Respublikasının Baş Nazirinin müavini xanım Gülşara Abdıkalıkova ilə görüşüb.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, Baş Nazir Novruz Məmmədov UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışaraq dost ölkələr olan Azərbaycan ilə Qazaxıstanın bu təşkilat çərçivəsində də fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Tarixən qardaş ölkələrimiz, xalqlarımız arasında çox sıx əlaqələrin mövcud olduğunu bildirən Baş Nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin bu münasibətlərin möhkəmləndirilməsində mühüm xidmətlərinin olduğunu vurğulayıb. “Bizim ölkələrimiz arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr mövcuddur. Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə daim bizim ölkəmizin mövqeyini müdafiə edir. Hesab edirəm ki, bu, ölkələrimiz arasındakı dostluğun təzahürüdür və digər dövlətlər üçün də yaxşı nümunə ola bilər ”, - deyə Novruz Məmmədov vurğulayıb.

Baş Nazir Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayaraq xanım Gülşara Abdıkalıkovanın Azərbaycana səfərinin UNESKO çərçivəsində, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Baş Nazir Qazaxıstanın ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qazaxıstanın Baş Naziri Askar Maminin salamlarını çatdıran Gülşara Abdıkalıkova deyib ki, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır. “Bizim ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq əlaqələri var. Biz hər zaman qarşılıqlı olaraq bir-birimizin maraqlarını müdafiə edirik. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”, - deyə Baş Nazirin müavini vurğulayıb.

Novruz Məmmədov Askar Maminə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Qazaxıstanın Baş Nazirinə çatdırılmasını xahiş edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Novruz Məmmədov Səudiyyə Ərəbistanının ədliyyə naziri ilə görüşüb

Novruz Məmmədov növbəti müddətə ARDNF Müşahidə Şurasının sədri seçilib

Novruz Məmmədov Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb

Baş Nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

Novruz Məmmədov: Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır

Baş Nazir Novruz Məmmədov Beynəlxalq Kənd Təsərrüfatı sərgisi ilə tanış olub

Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti ilə görüşüb

Novruz Məmmədov sürücülük vəsiqələri ilə bağlı dəyişiklikliyi təsdiqləyib

Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Baş nazir Novruz Məmmədov: Əlillərə və şəhid ailələrinə 626 mənzil verilib

Novruz Məmmədov: 2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə zəngin olub

Novruz Məmmədov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Baş nazir Novruz Məmmədov BMT Baş katibinin müavini ilə görüşüb

Novruz Məmmədov  Qazaxıstana səfər edəcək

Novruz Məmmədov Uruqvay Nümayəndələr Palatasının sədri ilə görüşüb

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTOLAR)

Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatının iclasını keçirib

Baş nazir Novruz Məmmədov “ADEX-2018” sərgisi ilə tanış olub

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12