Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

02 İyul 2019, 13:26 (GMT +4)

Bakı, 2 iyul, SalamNews. Bu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd 139,3 mln manat vergi daxil olub, proqnoza 110,1% səviyyəsində əməl edilib.

SalamNews Vergilər Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 8,3% və ya 239,9 mln manat artıb.

Dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin yüksəlməsi, könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, habelə vergi inzibatçılığında islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sektorlarında vergi daxilolmalarının artımına səbəb olub.

Qeyri-neft sektorundan vergi daxilolmalarında yüksək artım templəri əsasən ƏDV, aksiz, mənfəət, dövlət rüsumları, əmlak vergisi, mədən vergisi və sair daxilolmalar istiqamətində olub. ƏDV daxilolmalarında artım 18,3%, mənfəət vergisi üzrə 33,7%, əmlak vergisi üzrə 13,3%, dövlət rüsumları üzrə 63,2%, sair daxilolmalar üzrə 45,1%, mədən vergisi üzrə 18%, aksizlər üzrə isə 4,6 dəfə təşkil edib.

Əsas vergilər üzrə cəmi vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. ƏDV üzrə göstərici 24,9%-dən 25,3%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 31,4%-dən 32%-ə, aksiz vergisi üzrə göstərici 7,1%-dən 7,4%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4%-dən 1,8%-ə, mənfəət vergisi üzrə göstərici 36,4%-dən 38,2%-ə, o cümlədən qeyri-neft-qaz sektorunda 25,7%-dən 29,6%-ə qalxıb.

Bu ilin 5 ayında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Daxilolmalarda ən yüksək artım templəri bank və sığorta sektorunda (48,4%), rabitə sahəsində (40,6%), nəqliyyat sahəsində (26,1%), xidmət sektorunda (22,6%), ticarət sahəsində (13,3%), o cümlədən pərakəndə ticarətdə (32,4%), tikinti sahəsində (9,6%), digər fəaliyyət sahələrində (25,6%) qeydə alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib

Vergilər Nazirliyi xidmət mərkəzlərində məhdudiyyətlər tətbiq edib

Vergilər Nazirliyi test imtahanın tarixini dəyişib

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

26 Sentyabr 2020, 12:44 (GMT +4)
Prezidentin köməkçisi bloqerlərlə görüşüb

26 Sentyabr 2020, 12:29 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

26 Sentyabr 2020, 12:20 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayında yeni anti-rekord qeydə alınıb

26 Sentyabr 2020, 12:07 (GMT +4)
QHT Şurasının dəstəyilə 20 ailəyə humanitar yardım təqdim edilib (FOTO)

26 Sentyabr 2020, 11:55 (GMT +4)
Nigeriyada əyalət rəhbərliyinə hücum edilib, azı 15 ölü var

26 Sentyabr 2020, 11:47 (GMT +4)
Azərbaycanda “İnnovasiya həftəsi” keçiriləcək

26 Sentyabr 2020, 11:40 (GMT +4)
Bayden Rusiyanın ABŞ işlərinə "müdaxiləsinin" nəticələri olacağını bildirib

26 Sentyabr 2020, 11:35 (GMT +4)
Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

26 Sentyabr 2020, 11:27 (GMT +4)
İsrail İordaniyaya yeni səfir təyin edib

26 Sentyabr 2020, 11:11 (GMT +4)
Bakının küçələri yenidən dezinfeksiya edilib

26 Sentyabr 2020, 11:06 (GMT +4)
Mətbuat Şurası 2 yeni mükafat təsis edir

26 Sentyabr 2020, 10:57 (GMT +4)
XİN: Ermənistan rəhbərliyin vicdanında 14 iyulda Tovuzda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var

26 Sentyabr 2020, 10:50 (GMT +4)
ATU-ya yeni prorektor təyin olunub

26 Sentyabr 2020, 10:45 (GMT +4)
İran Tacikistan səfirini Tehranda XİN-ə çağırıb

26 Sentyabr 2020, 10:45 (GMT +4)
Türkiyədə koronavirusa yoluxan 273 282 xəstə sağalıb

26 Sentyabr 2020, 10:40 (GMT +4)
MOK beynəlxalq təlimlərə start verir

26 Sentyabr 2020, 10:26 (GMT +4)
ABŞ səfirliyi Azərbaycanda olan vətəndaşlarına xəbərdarlıq edib

26 Sentyabr 2020, 10:18 (GMT +4)
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

26 Sentyabr 2020, 10:07 (GMT +4)
ABŞ husiləri “terror təşkilatı” elan etməyi planlaşdırır - KİV

25 Sentyabr 2020, 17:54 (GMT +4)
ABŞ senatorları Navalnıya görə Rusiya rəsmilərinə qarşı sanksiya tətbiq edilməsini təklif edib

25 Sentyabr 2020, 17:43 (GMT +4)
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

25 Sentyabr 2020, 17:32 (GMT +4)
Veysəloğlu-nun dəstəklədiyi gənclər universitetlərə qəbul olub

25 Sentyabr 2020, 17:26 (GMT +4)
Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

25 Sentyabr 2020, 17:21 (GMT +4)
Ramiz Mehdiyev Fizika İnstututunda olub (FOTOLAR)

25 Sentyabr 2020, 17:18 (GMT +4)
Kreml Moskvada koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib

25 Sentyabr 2020, 17:13 (GMT +4)
Suriyanın şimalında ABŞ qüvvələrinə qarşı etiraz aksiyası keçirilib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66