Rusiya MN: Sualtı qayıqda baş verən yanğında 14 dənizçi həyatını itirib03 İyul 2019, 09:01 (GMT +4) Bakı, 3 iyul, SalamNews. İyulun 1-də Rusiyanın dərin sularında tədqiqat aparan aparatda yanğın baş verib, hadisə nəticəsində 14 dənizçi həlak olub.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə, Rusiyanın ərazi sularında meydana gəlib. Aparat Rusiya Donanmasının mənafeyi çərçivəsində dünya okeanın dibində tədqiqat aparırdı.
Biometrik ölçmələr apararkən qəza baş verib.
Dənizçilər zəhərlənərək həyatını itirib. Nazirliyin məlumatında deyilir ki, komandanın fədakarlığı sayəsində yanğın ocağı söndürülüb.
İndi cihaz Severomorsk dəniz bazasına gətirilib.
.
|