Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

03 İyul 2019, 11:16 (GMT +4)

Bakı, 3 iyul, SalamNews. 2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində həkim-intern kimi öz peşəsinə yiyələnib. 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən N.A.Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzində Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxillərdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib.

2014-cü ildən etibarən Emin Hacıbalayev Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır. Bu zaman ərzində o, Mərkəzi Gömrük Hospitalda yaradılmış yüksək təchizati şəraitdən yararlanaraq ürəyin koronar damarların angioqrafiyası, balon angioqrafiya, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stentləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirib.

Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib. 

-Emin müəllim invaziv kardiologiya barədə məlumat verərdiniz ?

-İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir.

Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub olmadığı müəyyən olununur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. 

-Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif edirsiniz?

-Açıq ürək əməliyyatı diaqnozu angioqrafiyadan sonra verilə bilər. Birinci biz angioqrafiyanı edirik, damarlardakı vəziyyəti görürük. Angioqrafiyadan əvvəl xəstə bəzi müayinələrdən keçməli və müəyyən analizləri verməlidir.İnsanın əsas 3 damarında daralma sayı çoxdursa, yəni damarlarda daralma faizi çoxdursa, bu halda açıq ürək əməliyyatı üçün tövsiyyə veririk. Bu hal adətən şəkər xəstələrində baş verir. Əgər daralma sayı azdırsa biz birinci növbədə stent məsləhət görürük. O cümlədən kəskin infartkla gələn xəstələrdə stent daha məsləhətlidir.

-Son vaxtlar ürəyində narahatlıq olanların stent qoyulması artıb. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, düz vurğulayırsınız. Son illər stent qoyulmasında artım müşahidə olunur. Bunun səbəbi həm diaqnostika sahəsində olan irəlləyişlə bağlıdır, bundan başqa insanların öz sağlamlığına fikir verməsi ilə bağlıdır. Yəni vətəndaşlar vaxtı-vaxtında həkim yanına gələrək öz sağlamlıqlarını qoruyurlar. Lakin stent qoyulmasının şərtləri və göstərişləri var. Stentin qoyulmasına səbəb damarların 70 faiz üstündə daralma olan daralmalardır. Əgər xəstədə belə hal varsa biz ondan stentin qoyulmasını tövsiyə edirik. Bu da öz növbəsində kəskin infarktin qarşısını almağa kömək edir.

-Stendin qoyulmasında yaş fərqi varmı?

-Xeyr, burada yaş fərqi rol oynamır. Bizim 28 yaşdan 86 yaşa kimi xəstəmiz var ki, onlara stent qoyulub. Burada irsiyyət, genetik faktlar rol oynayır.

-İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?

-İnvaziv prosedurlarla digər prosedurlardakı kimi risklər var. Risklərin ümumi faizi 1000/1 az təşkil edir. Bunların içində insult, qanaxma, damarların cırılması, hətta ölüm riskləri var. Həmçinin alergik reaksiyaları da bura daxil etmək olar.

-Hər bir xəstə bu müdaxilə yolu ilə sağala bilərmi?

-İnvaziv prosedurların birinci məqsədi diaqnozu düzgün qoyma, digəri isə xəstəni sağaltmaqdır. Bu prosedurları etməkdə məqsəd xəstənin ömrünü  uzatmaqdır, onun yaşayış səviyyəsini yüksəltməkdir.

 -Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?

- İnvaziv prosedurlardan sonra xəstə əgər anju olunubsa və damarlarda ciddi darlıq yoxdursa biz tərəfdən müalicə yazılır ki, darlıq artmasın. Kəskin infartktın qarşısını almaq üçün müəyyən qan duruldacaq dərmanlar məsləhət görürük. Bir məqamı da xüsusi vurğulamalıyam ki, ürək xəstələri xroniki xəstələr sayıldığı üçün mütamadi olaraq həkim nəzarətində olmalıdırlar. Həkimin tövsiyəsinə uyğun olaraq il boyu müəyəən prosedurlardan keçməlidir.

-Əgər xəstəyə stent qoyulubsa bu halda nə etməldir?

-Əgər xəstəyə stent qoyulubsa onda daha ciddi müalicə alır. Qan duruldan terapiya, ürək çatışmamazlığı terapiyası, həmçinin əgər xəstənin təzyiqi varsa ona uyğun müalicə almalıdır.

-Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?

-Ümumiyyətlə əgər xəstədə stent varsa və ya yoxdursa mütləq gündəlik qida rejiminə əməl edilməldir. Çünki son vaxtlar ürək xəstələrinin artmasının bir səbəbi də düzgün qidalanmanın olmaması ilə bağlıdır.Ürək xəstələri öz qidalarında daha ciddi fikir verməlidirlər.

-İsti yay aylarında ürəyində müəyyən narahatçılıq olanlara nə kimi tövsiyyə verərdiniz?

-Əgər xəstə bilirsə onun ürəyində müəyyən problemlər var o hər zaman öz üzərində həkimin təyin etdiyi dərmanları gəzdirməlidir. Yəni dərman qəbulu davamlı şəkildə olmalıdır. Xəstə özünü bir müddət yaxşı hiss edirsə bu o demek deyil ki, dərmanların qəbulunu kəsməlidir. Bir çox xəstələr belə hallarda dərman qəbulundan imtina edirlər. Bu düzgün hal deyil. Yay aylarında tərləmələr tez-tez baş verir. Bədəndə su itkisi olur. Bununla da qan daha tez laxtalanmağa başlayır. Hətta heç bir problem olamayan insanlarda müəyyən problemlə meydana çıxır. Bunun üçün isti vaxtlarda insan gərək günün altında maksimum dərəcədə az olsun. Daha çox maye qəbul etməlidir. Ümumiyyətlə isə səhhətində hansısa problem çıxırsa vatı-vaxtında həkimə müraciət etməlidir.

-Geniş müsahibə üçün təşəkkür edirik

-Sağolun


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Mərkəzi Gömrük Hospitalında PZR laboratoriyası fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

01 Oktyabr 2020, 23:02 (GMT +4)
Türkiyə və Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

01 Oktyabr 2020, 22:54 (GMT +4)
Müdafiə Nazirliyi düşmənin döyüş bayrağını atıb qaçması barədə açıqlama verib

01 Oktyabr 2020, 22:50 (GMT +4)
MN: Ermənistanın 200-dək tank və digər zirehli texnikası, 228 artilleriya qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb

01 Oktyabr 2020, 18:05 (GMT +4)
Nazirlik: Ermənistan enerji infrastrukturu obyektlərini atəşə tutmaqda davam edir

01 Oktyabr 2020, 18:03 (GMT +4)
MN: Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən raket atəşinə tutulub

01 Oktyabr 2020, 18:03 (GMT +4)
Mariya Zaxarova: Rusiya Qarabağda baş verənlərə laqeyd yanaşmır

01 Oktyabr 2020, 18:00 (GMT +4)
Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

01 Oktyabr 2020, 17:50 (GMT +4)
Milli Məclisin Sədri Küveytin Azərbaycandakı səfirliyində olub

01 Oktyabr 2020, 17:48 (GMT +4)
Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır 

01 Oktyabr 2020, 17:35 (GMT +4)
Məktəbəhazırlıq qrupları - ilk addım, ilk sevinc (FOTOREPORTAJ)

01 Oktyabr 2020, 17:25 (GMT +4)
Türkiyə Azərbaycanın tərəfində olub və olacaq - TBMM sədri

01 Oktyabr 2020, 17:17 (GMT +4)
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanlayıb

01 Oktyabr 2020, 17:07 (GMT +4)
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib (VİDEO)

01 Oktyabr 2020, 16:41 (GMT +4)
Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat qəbul edib

01 Oktyabr 2020, 16:20 (GMT +4)
Azərbaycanda daha 80 yeni yoluxma faktı qeydə alınıb

01 Oktyabr 2020, 16:10 (GMT +4)
Türkiyə prezidenti: Dağlıq Qarabağın işğalına laqeyd qalmaq ikiüzlülükdür

01 Oktyabr 2020, 16:08 (GMT +4)
MN: Azərbaycan HHQ-nin döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

01 Oktyabr 2020, 16:06 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

01 Oktyabr 2020, 16:01 (GMT +4)
ARDNF valyuta satışı ilə bağlı açıqlama yayıb

01 Oktyabr 2020, 15:56 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırıb

01 Oktyabr 2020, 15:52 (GMT +4)
Beynəlxalq Əhli-Beyt Konqresi Azərbaycanı dəstəklədiyini bildirib

01 Oktyabr 2020, 15:45 (GMT +4)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağla bağlı bəyanat hazırlayır

01 Oktyabr 2020, 15:39 (GMT +4)
Argentinada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

01 Oktyabr 2020, 15:25 (GMT +4)
İranda son sutkada 211 nəfərin koronavirusdan ölümü qeydə alınıb

01 Oktyabr 2020, 15:17 (GMT +4)
Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir (RƏSMİ)

01 Oktyabr 2020, 15:16 (GMT +4)
Daha bir şirkət Azərbaycan Ordusuna dəstək olub

01 Oktyabr 2020, 15:04 (GMT +4)
Fələstinin maraqlarını qorumaq bütün İslam dünyasının problemidir- Çavuşoğlu

01 Oktyabr 2020, 14:52 (GMT +4)
Nazir: Pandemiya dövrü üçün Təhsil Nazirliyinin 4 tədris planı var

01 Oktyabr 2020, 14:32 (GMT +4)
Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66