Kreml: Dərin su aparatında baş verən hadisə ilə bağlı məlumatların bir hissəsi dövlət sirridir 03 İyul 2019, 13:50 (GMT +4) Bakı, 3 iyul, SalamNews. İyulun 1-də 14 dənizçinin ölümü ilə nəticələnən yanğının hansı dərin dəniz aparatında baş verdiyinə dair məlumatlar gizlidir və nəşr olunmayacaq.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının mətbuat katibi Dmitri Peskov bildirib.
"Təbii ki, bu məlumat tamamilə ictimailəşə bilməz, gizli məlumatlar kateqoriyasına aiddir, buna görə açıqlanmır", - deyə Peskov jurnalistlərə açıqlayıb.
|