Peskov: Putinə dənizçilərin ölümü barədə dərhal məlumat verilib03 İyul 2019, 14:58 (GMT +4) Bakı, 3 iyul, SalamNews. Rusiya Dövlət Başçısı Vladimir Putinə dərin dəniz aparatında baş verən yanğınla bağlı məlumat dərhal çatdırılıb.
SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Təbii ki, baş komandirə dərhal məlumat verilib. Bu gəmini xilas etmək üçün ekipaj üzvləri qəhrəmanlıq göstərib. Məlumatlar vaxtında verilib", - Peskov Rusiya Müdafiə Nazirliyinin iyulun 1-də baş vermiş faciə ilə bağlı bir gün sonra prezidentə məlumat verildiyini şərh edərkən bildirib.
|