Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

03 İyul 2019, 15:56 (GMT +4)

Bakı, 3 iyul, SalamNews. 2019-cu ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3% və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14% və ya 77 min nəfər artıb.

Bu barədə SalamNews-a Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11 minə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.

Bildirilib ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 1 mlrd. 21,6 mln. manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9% artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2% artaraq 39 mln. manat təşkil edib, proqnozlar 116,5% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8% artaraq 28,9 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6% icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7%-dən 74,2%-ə yüksəlib.

Beləliklə, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi yeni qaydalar tətbiq edib

Vergilər Nazirliyi xidmət mərkəzlərində məhdudiyyətlər tətbiq edib

Vergilər Nazirliyi test imtahanın tarixini dəyişib

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

25 Fevral 2021, 11:30 (GMT +4)
KOBİA: "Fintech"in tətbiqi "kölgə iqtisadiyyatı"ndan çıxmağa imkan verir

25 Fevral 2021, 11:22 (GMT +4)
İmam Əlinin məqbərəsi mövlud münasibətilə bəzədilib (VİDEO)

25 Fevral 2021, 11:20 (GMT +4)
Si Tzinpin Çində yoxsulluq üzərində "tam zəfər" əldə edildiyini elan edib

25 Fevral 2021, 11:10 (GMT +4)
MN Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər yayıb (VİDEO)

25 Fevral 2021, 10:51 (GMT +4)
ABŞ hökuməti vəd etdiyi kimi Yəmənlə bağlı siyasətini dəyişməyib – Yəmənin Ənsarulla hərəkatı

25 Fevral 2021, 10:50 (GMT +4)
Bayden Trampın Kubaya qarşı sanksiyalarının müddətini uzadıb

25 Fevral 2021, 10:50 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

25 Fevral 2021, 10:34 (GMT +4)
Premyer Liqada 17-ci turun oyunları keçirilir

25 Fevral 2021, 10:30 (GMT +4)
ETSN: Ən aşağı temperatur göstəriciləri şimal-şərq rayonlarında olub

25 Fevral 2021, 10:16 (GMT +4)
ABŞ BMT İnsan Haqları Şurasına geri qayıdır

25 Fevral 2021, 10:15 (GMT +4)
Hava şəraiti ilə əlaqədar paytaxtda baş vermiş yol qəzalarının sayı açıqlanıb

25 Fevral 2021, 10:10 (GMT +4)
“Turan Tovuz” “Qaradağ Lökbatan”la heç-heçə edib - (VİDEO)

25 Fevral 2021, 10:05 (GMT +4)
Səudiyyənin vəliəhdi Bin-Salman əməliyyat olunub

25 Fevral 2021, 10:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

25 Fevral 2021, 09:53 (GMT +4)
Maduro Avropa Birliyinə ultimatum verib

25 Fevral 2021, 09:45 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

25 Fevral 2021, 09:39 (GMT +4)
“Tottenhem” Avroliqanın 1/8 finalına yüksəlib - (VİDEO)

25 Fevral 2021, 09:30 (GMT +4)
Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışıb

25 Fevral 2021, 09:20 (GMT +4)
"Barselona" Messinin dublu ilə qalib gəlib - (VİDEO)

25 Fevral 2021, 09:17 (GMT +4)
Gürcüstan hökuməti administrasiyasının rəhbəri istefa edib

25 Fevral 2021, 09:15 (GMT +4)
Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb

25 Fevral 2021, 09:10 (GMT +4)
Rusiya hərbi təyyarələri İŞİD-ə 12 hava zərbəsi endirib

25 Fevral 2021, 09:00 (GMT +4)
"Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub edib - (VİDEO)

25 Fevral 2021, 09:00 (GMT +4)
Hikmət Hacıyev: Türkiyənin hər zaman Azərbaycana yardım əli uzatdığını gördük

25 Fevral 2021, 08:31 (GMT +4)
Gürcüstanın Marneoli rayonunda İmam Əlinin mövludu münasibətilə mərasim keçirilib (FOTO)

25 Fevral 2021, 00:00 (GMT +4)
İslam dünyası İmam Əlinin (ə) mövlud gününü qeyd edir

24 Fevral 2021, 22:33 (GMT +4)
Venesuela Avropa İttifaqının səfirini ölkədən çıxarıb

24 Fevral 2021, 22:22 (GMT +4)
İran və Cənubi Koreya XİN rəhbərləri bloklanmış yeddi milyad dollarla bağlı danışıqlar aparıblar

24 Fevral 2021, 20:13 (GMT +4)
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

24 Fevral 2021, 18:00 (GMT +4)
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66