Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

04 İyul 2019, 12:22 (GMT +4)

Bakı, 4 iyul, SalamNews. Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti – Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və bu qurumun katibi Oktay İsayevAzərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Qonaqlarla görüşən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq, Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir.

Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor C.Məmmədov İnstitutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu vurğulayıb. Gənclərin sağlam ruhda tərbiyə olunmasının vacibliyini bildirən C.Məmmədov qeyd edib ki, təkcə dini biliklərə deyil, eləcə də dünyəvi biliklərə malik mütəxəssislərə ehtiyacımız var.O, həmçinin qonşu ölkələrin təhsil müəssisələri ilə əlaqələrin qurulmasında və təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu diqqətə çatdırıb. C.Məmmədov bildirib ki, İnstitutun qapıları təkcə Azərbaycan vətəndaşları üçün deyil, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız üçün də açıqdır. Gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur.

Səmimi qəbula görə, Aİİ-nin rəhbərliyinə təşəkkür edən nümayəndə heyəti Azərbaycana səfərindən, xüsusilə Bakı şəhərində keçirilən görüşlərdən məmnunluğunu ifadə edib. Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidovAzərbaycan və Gürcüstanın dini qurumları arasında sıx münasibətlərin olduğunu, ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib.Ramin İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.
Nümayəndə heyəti Gürcüstanda fəaliyyət göstərən mədrəsə və kolleclər haqqında məlumat verib. Qeyd olunub ki, burada da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir, Azərbaycan və gürcü dillərinə tərcümə edilən islam dini haqqında kitablar nəşr olunur.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuranməsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı Ramin İgidov yenidən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi seçilib

Dünya mediası müsəlman ölkələrində baş verənləri ictimaiyyətə çatdırmırlar - Ramin İgidov

Hacı Ramin İgidov: Hər gün dünya müsəlmanları ilə bağlı aldığımız kədərli xəbərlərin sayı artıb

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

19 İyul 2019, 17:19 (GMT +4)
ADU-da media nümayəndələri mükafatlandırılıb

19 İyul 2019, 17:09 (GMT +4)
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

19 İyul 2019, 17:00 (GMT +4)
Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

19 İyul 2019, 16:58 (GMT +4)
Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

19 İyul 2019, 16:49 (GMT +4)
Bin-Salman Yəmən müharibəsinə görə ABŞ-dan yardım istəyib - KİV

19 İyul 2019, 16:40 (GMT +4)
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib

19 İyul 2019, 16:38 (GMT +4)
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:34 (GMT +4)
Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

19 İyul 2019, 16:27 (GMT +4)
Rusiya XİN ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarma qərarını şərh edib

19 İyul 2019, 16:18 (GMT +4)
Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

19 İyul 2019, 16:00 (GMT +4)
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 İyul 2019, 15:54 (GMT +4)
Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

19 İyul 2019, 15:51 (GMT +4)
Suriyada Ən-Nusraya endirilən son zərbələrin görüntüləri yayımlanıb (VİDEO)

19 İyul 2019, 15:42 (GMT +4)
Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib

19 İyul 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib (FOTO)

19 İyul 2019, 15:28 (GMT +4)
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

19 İyul 2019, 15:19 (GMT +4)
“İnstagram”da tanış olaraq Bakıda oğurluqlar edən şəxslər saxlanılıb

19 İyul 2019, 15:10 (GMT +4)
Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

19 İyul 2019, 15:08 (GMT +4)
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19 İyul 2019, 14:52 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19 İyul 2019, 14:47 (GMT +4)
Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

19 İyul 2019, 14:37 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:35 (GMT +4)
"CinemaPlus"da “Media günü” qeyd olunacaq

19 İyul 2019, 14:33 (GMT +4)
S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019, 14:28 (GMT +4)
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

19 İyul 2019, 14:04 (GMT +4)
İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12