Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

04 İyul 2019, 16:10 (GMT +4)

Bakı, 4 iyul, SalamNews.“Amadeus” şirkətinin baş vitse-prezidenti Tomas Lopez Fernebrandın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub. “Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük İT xidmətləri təchizatçılarından biridir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, səfər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunacaq yeni bulud texnologiyalarının istifadəyə verilməsi mərasimi baş tutub. Bakı aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və s. idarə etmək imkanı əldə edib.

“Biz hesab edirik ki, Heydər Əliyev Beynəlxalq Aeroportu kimi perspektivli hava limanları müasir texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunələridir. Bakı hava limanında bu cür həllərin tətbiqi bizim üçün əlamətdar hadisədir ", – “Amadeus” İnformasiya texnologiyaları üzrə icraçı vitse-prezident Bruno Spada bildirib.

“Qeyd edim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı oldu”, – Bruno Spada vurğulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar “Skytrax” audit şirkətinin ən yüksək “5 Ulduz” mükafatını qazanmış Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal komleksində (Terminal 1) yaradılan şərait ilə tanış olublar.

“Azərbaycan Hava Yolları” aviaşirkətində “Amadeus Altéa PSS” proqram təminatının tətbiqi barədə razılaşmanın imzalanma mərasimi də həmçinin tərəflər arasında effektiv əməkdaşlığın göstəricisi olub. Saziş AZAL prezidenti Cahangir Əsgərov və “Amadeus”un baş vitse-prezidenti Tomas Lopez Fernebrand tərəfindən imzalanıb.

Yeni proqram təminatı AZAL aviaşirkətinə sərnişin xidmətlərini daha səmərəli şəkildə fərdiləşdirməyə icazə verəcək, bronlaşdırma sisteminin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.

“Bizim prioritet məqsədlərimizdən biri ölkəyə sərnişin axınının artırılmasıdır və müasir texnologiyalar bu məsələdə bizə olduqca kömək edir. “Amadeus” şirkəti ilə əməkdaşlıq bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası AZAL sərnişinlərinə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verəcək”, - Cahangir Əsgərov bildirib.

“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2018-ci ildə “Azərbaycan Hava Yolları” 2 milyon 300 mindən çox sərnişin daşıyıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərbaycan Hava Yolları” mükafata layiq görülüb

"Azərbaycan Hava Yolları" QSC xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir

“Azərbaycan Hava Yolları” rəsmi “spottinq” elan edir

“Azərbaycan Hava Yolları” tələbələr üçün endirim elan edir

“Azərbaycan Hava Yolları” əl yükünün icazə verilən çəkisini artırıb

Azərbaycan Hava Yolları xüsusi "yay aksiyası" keçirir

"Azərbaycan Hava Yolları" xüsusi aksiya keçirir

“Azərbaycan Hava Yolları” yeni xidmət sinfi tətbiq edəcək

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

20 Avqust 2019, 12:50 (GMT +4)
Honq Konqda bıçaqla silahlanmış şəxs insanlara hücum edib, xəsarət alanlar var

20 Avqust 2019, 12:34 (GMT +4)
"Neftçi" çempionatın ilk turunda qələbə qazana bilməyib

20 Avqust 2019, 12:20 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

20 Avqust 2019, 12:14 (GMT +4)
İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

20 Avqust 2019, 12:09 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 Avqust 2019, 12:00 (GMT +4)
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12