Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Koreya təhsil standartlarına cavab verən Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayacaq

04 İyul 2019, 16:30 (GMT +4)

Bakı, 4 iyul, SalamNews.Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzi yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq mərkəzdə son tamamlanma işləri həyata keçirilir.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, yeni Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Bu təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesində istifadə ediləcək kurikulumlar koreyalı ekspertlər, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

Layihə çərçivəsində təhsil müəssisəsində tədris prosesini həyata keçirən müəllim heyətinə koreyalı ekspertlər tərəfindən təlim keçirilib. İlkin mərhələdə 24 azərbaycanlı müəllim Koreya Respublikasında 3 ay müddətində təlimdə iştirak ediblər. Təlim prosesinin ikinci mərhələsi hazırda koreyalı mütəxəssislər tərəfindən Bakıda davam etdirilir.

Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir.

Qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Qeyd olunan istiqamətdə Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Hyundai”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi bir sıra aparıcı sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalanıb.

Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasını başa vurmuş gənclərlə yanaşı, ali təhsil müəssisələrini bitirmiş, hətta əmək bazarında uzun müddət təcrübəyə sahib peşəkar mütəxəssislər də təhsil ala biləcəklər. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə qərarlaşıb

Təhsil Nazirliyi: 1305 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi: 14 iyun “Son zəng”dir

Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Təhsil Nazirliyi media nümayəndələri üçün maarifləndirici təlim keçirəcək

Təhsil Nazirliyi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası yenilənib

Təhsil Nazirliyi: Ağstafa və Şəmkirdə vətəndaşlar qəbul ediləcək

Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib

Təhsil Nazirliyi fövqəladə hallarla bağlı “Qaynar xətt”i istifadəyə verib

Təhsil Nazirliyi “Məktəbimizdə” adlı yeni fotorubrikaya başlayır

Təhsil Nazirliyi məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərin statistikası açıqlanıb

Təhsil Nazirliyi “Twitter”dən istifadəyə görə üçüncü yerdədir

Təhsil Nazirliyi "Formula 1"lə bağlı məktəblərə təlimat göndərib

Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyi: Vətəndaşlarla iş bölməsinə 14 467 müraciət daxil olub

Təhsil Nazirliyi “Yaşıl məktəb” aksiyasına başlayıb

Təhsil Nazirliyi müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərə müraciət edib

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

19 İyul 2019, 17:19 (GMT +4)
ADU-da media nümayəndələri mükafatlandırılıb

19 İyul 2019, 17:09 (GMT +4)
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

19 İyul 2019, 17:00 (GMT +4)
Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

19 İyul 2019, 16:58 (GMT +4)
Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

19 İyul 2019, 16:49 (GMT +4)
Bin-Salman Yəmən müharibəsinə görə ABŞ-dan yardım istəyib - KİV

19 İyul 2019, 16:40 (GMT +4)
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib

19 İyul 2019, 16:38 (GMT +4)
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:34 (GMT +4)
Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

19 İyul 2019, 16:27 (GMT +4)
Rusiya XİN ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarma qərarını şərh edib

19 İyul 2019, 16:18 (GMT +4)
Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

19 İyul 2019, 16:00 (GMT +4)
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 İyul 2019, 15:54 (GMT +4)
Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

19 İyul 2019, 15:51 (GMT +4)
Suriyada Ən-Nusraya endirilən son zərbələrin görüntüləri yayımlanıb (VİDEO)

19 İyul 2019, 15:42 (GMT +4)
Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib

19 İyul 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib (FOTO)

19 İyul 2019, 15:28 (GMT +4)
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

19 İyul 2019, 15:19 (GMT +4)
“İnstagram”da tanış olaraq Bakıda oğurluqlar edən şəxslər saxlanılıb

19 İyul 2019, 15:10 (GMT +4)
Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

19 İyul 2019, 15:08 (GMT +4)
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19 İyul 2019, 14:52 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19 İyul 2019, 14:47 (GMT +4)
Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

19 İyul 2019, 14:37 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:35 (GMT +4)
"CinemaPlus"da “Media günü” qeyd olunacaq

19 İyul 2019, 14:33 (GMT +4)
S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019, 14:28 (GMT +4)
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

19 İyul 2019, 14:04 (GMT +4)
İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12