S-400-ün tədarükü yaxın günlərdə baş tutacaq - İbrahim Kalın05 İyul 2019, 11:12 (GMT +4) Bakı, 5 iyul, SalamNews. Rusiyadan S-400-ün Türkiyəyə tədarükü prosesi qısa müddətdə başlayacaq. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Nazirlər Kabinetinin Ankaradakı iclasından sonra açıqlayıb.
Dövlət başçısının nümayəndəsi qeyd edib ki, S-400 sistemləri "fəal şəkildə istifadə olunacaq".
"S-400 NATO sisteminə inteqrasiya edilmiş təhlükəsizlik sistemimizə təhlükə və ya təhdid yarada biləcək müdafiə sistemi deyil", Kalın deyib.
Mətbuat katibi əlavə edib ki, Türkiyə Milli Müdafiə Nazirliyi ordu komandanlığı ilə birlikdə S-400 yerləşdirmə variantlarını araşdırır.
|