Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İdman Jurnalistikası Magistr Proqramının ilk tələbələri məzun oldular

06 İyul 2019, 16:20 (GMT +4)

Bakı, 6 iyul, SalamNews.Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk tələbələri öz dissertasiya işləri və media layihələrini (sənədli filmlərini) müdafiəyə təqdim etdilər.

SalamNews xəbər verir ki, proqramın yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Proqramının rəhbəri – media sahəsində tanınmış beynəlxalq ekspert, Dan Mason Media şirkətinin təsisçisi Dan Masondur. O, Britaniya Konsulluğu, İREX (AYREKS), Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib. İlk qəbul 2017-ci ildə aparılmışdır və 6 nəfər ingilis dilli gənc proqrama qəbul olmuşdur. 

“İdman jurnalistikası” magistr proqramı yalnız Azərbaycanda deyil, Qafqazda bir ilkdir.

Bu ixtisasa qəbul olan tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş Multimedia Mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanmışlar.

Belə ki, “İdman jurnalistikası” magistr proqramının tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım etmiş, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr almışdırlar. Təhsil aldıqları 2 il ərzində magistrantlar Böyük Britaniyaya səfər etmiş və 2 həftə müddətində BBC kimi nüfuzlu media orqanında təcrübə qazanmış, əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçmişdirlər.

Eyni zamanda, onlar bir neçə beynəlxalq tədbirin, o cümlədən "İBSA Judo Grand Prix Baku 2019" yarışının təşkili və keçirilməsində media dəstək göstərmişdilər.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman jurnalistikası” magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri və Associated Press, BBC, Əl Cəzirə və s. kimi nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar. Onların bu fəaliyyətləri, şübhəsiz ki, Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş şəkildə işıqlandırılmasında, ölkəmizin idman ölkəsi kimi beynəlxalq arenada tanıdılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, “İdman jurnalistikası” magistr proqramı çərçivəsində atılan addımlar 16 noyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə Dövlət Proqramı çərçivəsində qoyulmuş hədəflərə və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“İdman jurnalistikası” magistr proqramına müraciət üçün qeydiyyat davam edir

Qafqazın ilk idman jurnalistikası magistr ixtisasına növbəti qəbula start verilib

İdman Jurnalistikası Magistr Proqramı ilə Asan Radio arasında əməkdaşlıq uğurla davam edir

“İdman jurnalistikası” magistr proqramı çərçivəsində növbəti tədris ilinə start verilib

“İdman jurnalistikası” magistr proqramına müraciət müddəti uzadılıb

“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə!

“İdman jurnalistikası” üzrə magistr ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə

İdman jurnalistikası ixtisası üzrə magistr proqramının təsisçiləri mükafata layiq görülüblər

Britaniyalı müəllim idman jurnalistikası üzrə təhsil alan magistrlərə mühazirə oxuyub

Azərbaycanda idman jurnalistikası ayrıca ixtisas kimi tədris olunacaq

2 iyul - İdman Jurnalistikası Günüdür

21 İyul 2019, 13:52 (GMT +4)
KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

21 İyul 2019, 13:42 (GMT +4)
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb

21 İyul 2019, 13:20 (GMT +4)
Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12