Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

08 İyul 2019, 09:50 (GMT +4)

Bakı, 8 iyul, SalamNews. Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsində yüksək ixtisaslı həkim sonoloqlar tərəfindən qaraciyərin FibroSkan aparatında elastometriya müayinəsi aparılır.

FibroSkan aparatının tətbiq sahəsi, digər aparatlardan fərqi və tibbi müayinələrdə rolu haqqında ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalın həkim-sonoloqu Tükəzban Abdullayevaya müraciət etdik.

- Tükəzban xanım, FibroSkan aparatında elastometriya müayinəsi haqqında nə deyə bilərsiniz?

- Fibroskan qısa zaman ərzində ultrasəs dalğalarından istifadə etməklə qaraciyər sərtliyini ölçən yeni tibbi cihazdır. Bu cihazla daha çox yağlı qaraciyərdə elastometriya müayinəsi aparılır.

Fibroskan cihazi ilə qaraciyər biopsiyasi ilə alına bilən toxumaların ən az 100 qatı böyüklüyündə qaraciyər sahəsi müayinə edilir. Digər aparatlardan fərqi ondan ibarətdir ki, qaraciyər xəstələrində MRT, KT, ultrasəs müayinələrində fibroz görünmür.

Xroniki qaraciyər xəstəlikləri (hepatit B, C, yağlı qaraciyər xəstəlikləri, dərman qəbuluna bağlı hepatitlər ) qaraciyərdə zamanla zədələnməyə yol açır və bu zədələnmə qaraciyər toxumasında fibroz əmələ gətirir. Bu üsul bizə ona görə əlverişlidir ki, bu invaziv deyil, adi ultrasəs dalğaları ilə qaraciyərin bütün paylarından gələn məlumatlar Fibroskan cihazına ötürülür, Fibroskan qaraciyər sərtliyini ölçərək qaraciyərin fibroz mərhələsini rəqəmlər şəklində verir. Rəqəmlərdən ibarət cədvəldə biz fibrozun dərəcəsini müəyyən edirik. Bu da həkimlərin, o cümlədən hepatoloqların, qastroenteroloqların təyin etdikləri müalicədə çox əhəmiyyətlidir. Çünki müalicələrin gedişində bu rəqəm artırsa, deməli xəstənin vəziyyətində ağırlaşmalar var, əgər normal – yəni dəyişməyibsə və ya azalırsa, demək xəstədə sağalma prosesi gedir.

Qaraciyərin vəziyyətini ən doğru dəyərləndirən qaraciyər biopsiyasıdır. Fibroskanın biopsiyadan üstünlüyü ağrısız və maddi cəhətdən daha uyğun olmasıdır. Ultrasəs dalğaları zərərsiz olduğu üçün təkrar müayinələrdən də istifadə olunur və bunun xəstəyə heç bir zərəri yoxdur. Fibroskanla sirroz riski daşıyan xəstələrdə fibrozu erkən aşkar etməklə qarşısını almaq mümkündür.

- Doktor, bəs Fibroskan aparatında elastometriya müayinəsindən istifadəyə əks göstərişlər hansılardır?

- Hamilə qadınlarda bu müayinələrə icazə verilmir, öd daşı olan xəstələrdə qadağandır, qaraciyər törəmələri və nəzərəçarpan assit yəni qarın boşluğunda piylənmə zamanı elastometriya müayinəsi aparılmır.

- Doktor, elastometriya müayinəsinə hazırlıq necə aparılır?

- Elastometriya müayinəsi çox qısa müddətdə ərzində aparılır. Pasiyent 10-15 dəqiqə müddətində heç bir ağrı olmadan, zədəsiz müayinədən keçir. Müayinəyə ac olaraq gəlmək məsləhət görülür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12