Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tanrıverdi Mustafayev: Sahibkarların “Azərişığ"a müraciətləri 3 dəfə artıb

10 İyul 2019, 13:10 (GMT +4)

Bakı, 10 iyul, SalamNews, K.Orxan. Bu ilin yanvar-iyun aylarında 5 200 sahibkar “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün “Azərişıq” ASC-yə müraciət edib ki, bu da ötən ilin eyni dövrü müqayisədə 3,2 dəfə çoxdur.

Bu barədə SalamNews-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabr ayının 25-də Prezident “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalayıb və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bu, kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişığ”ın mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarəolunması sisteminin Elektron Hökumət portalına inteqrasiya edilməsi də sahibkarların və yaxud vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb”, - o deyib.

“2019-cu ilin ilk yarısı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların da sayında 2 dəfədən çox artım olub. Belə ki, ötən ilin birinci yarısında 9500 vətəndaş evinə, bağına yaxud həyətinə işıq çəkdirmək üçün müraciət etmişdisə, bu ilin yarım ili ərzində 2075 vətəndaş elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişığ"a müraciət edib. Ümumilikdə isə “Azərişığ”ın ASAN xidmət və "ASAN Kommunal" vasitəsi ilə göstərdiyi 15 xidmət üzrə 2019-cu ilin arxada qalan yarım ili ərzində 148 min müraciət olunub ki, bu da ötən ilkindən 47 min müraciət çox deməkdir. Ötən ilin müvafiq dövründə 101 min müraciət daxil olmuşdu”, - T.Mustafayev əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tanrıverdi Mustafayev: Əsas işimiz abunəçiləri 24 saat fasiləsiz elektrik enerjisi ilə təchiz etməkdir

Tanrıverdi Mustafayev ölkə başçısı tərəfindən təltif edilib

21 Oktyabr 2019, 12:58 (GMT +4)
Bakıda “Çörək Müsabiqəsi” keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi S-400  kompleksini alıb

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

21 Oktyabr 2019, 10:37 (GMT +4)
Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

21 Oktyabr 2019, 10:27 (GMT +4)
Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

21 Oktyabr 2019, 10:18 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur - Hulusi Akar

21 Oktyabr 2019, 10:09 (GMT +4)
ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq prosesini sürətləndirib (VİDEO)

21 Oktyabr 2019, 09:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Oktyabr 2019, 09:44 (GMT +4)
Pentaqon rəhbəri ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyatlarını istisna etmir

21 Oktyabr 2019, 09:41 (GMT +4)
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:25 (GMT +4)
Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66