Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şəkidə Toxum Emalı Zavodu fəaliyyətə başlayıb

09 İyul 2019, 11:07 (GMT +4)

Bakı, 9 iyul, SalamNews.Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Şəki şəhərində yeni inşa edilmiş zavodu fəaliyyətə başlayıb. Zavod ilk sifariş olaraq 63 ton “Aran” sortundan olan buğda toxumunu emal edib.

Zavod saatda 5 ton toxum emal etmək gücünə malikdir. Ümumi sahəsi 1.1 hektar olan müəssisə inzibati binadan, toxum təmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan silo və anbar üçün ayrılmış sahədən ibarətdir.

SalamNews KTN-a istinadən xəbər verir ki, zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Emal və ya saxlanc üçün gətirilən toxumların çəkisi60 tonluq tərəzi ilə müəyyənləşdiriləcək.

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Şəki toxum emalı zavodunun əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Şəki toxum emalı zavodu şimal bölgəsindəki toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq. Burada yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumlar emal ediləcək, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması, sertifikatlanması həyata keçiriləcək.

Zavodda fermerlərin emal prosesini onlayn rejimdə müşahidə edə bilməsi üçün bütün zəruri tədbirlər görülüb.Bu məqsədlə zavodun emal, dərmanlama, qablaşdırma, laboratoriya və tərəzinin yerləşdiyi hissəsində yüksək rezolusiyalı kameralar quraşdırılıb. Bu kameralar vasitəsi ilə fermerlərin təqdim etdikləri toxumların emalı prosesini onlayn qaydada, real zaman rejimində izləmək mümkün olacaq.Toxum emalı prosesini müşahidə etmək üçün fermerlərə ilk növbədə İP təqdim ediləcək. Bununla da onlar toxumların təmizlənməsi prosesini məsafədən müşahidə etmək imkanını əldə edəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

21 Oktyabr 2019, 10:37 (GMT +4)
Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

21 Oktyabr 2019, 10:27 (GMT +4)
Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

21 Oktyabr 2019, 10:18 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur - Hulusi Akar

21 Oktyabr 2019, 10:09 (GMT +4)
ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq prosesini sürətləndirib (VİDEO)

21 Oktyabr 2019, 09:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Oktyabr 2019, 09:44 (GMT +4)
Pentaqon rəhbəri ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyatlarını istisna etmir

21 Oktyabr 2019, 09:41 (GMT +4)
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:25 (GMT +4)
Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66