Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır

09 İyul 2019, 11:56 (GMT +4)

Bakı, 9 iyul, SalamNews.İyulun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib.

SalamNews xəbər verir ki, mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı verib. Onun sözlərinə görə, yeni Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.

Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək.

R. Xanlarov deyib ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.

Konfransda “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio peşə təhsili müəssisəsində görülən son tamamlanma işləri və tədris prosesini həyata keçirən müəllimlərin hazırlığı barədə məlumatı jurnalistlərin diqqətinə çatdırıb.

Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

Türkiyəli nazir Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub

Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib (FOTOLAR)

Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur keçirilib (FOTO)

13 Avqust 2020, 18:00 (GMT +4)
DTX: Səfir Eldar Həsənov tutulub

13 Avqust 2020, 17:50 (GMT +4)
Zaxarova: Belarusda vəziyyətin sabitləşməsində maraqlıyıq

13 Avqust 2020, 17:45 (GMT +4)
Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb, 91 nəfər yoluxub

13 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

13 Avqust 2020, 17:25 (GMT +4)
ABŞ-da dərslərin bərpası üçün məktəblərə 125 milyon maska ​​paylanacaq

13 Avqust 2020, 17:15 (GMT +4)
AÇG üzrə əməliyyat xərcləri azalıb

13 Avqust 2020, 17:14 (GMT +4)
Beyrutda fövqəladə vəziyyət elan edilib

13 Avqust 2020, 16:58 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirini qəbul edib

13 Avqust 2020, 16:47 (GMT +4)
Hulusi Akar: Təcavüzkar Ermənistana qarşı Azərbaycanın yanındayıq

13 Avqust 2020, 16:32 (GMT +4)
İranla enerji əməkdaşlığı müzakirə edilib

13 Avqust 2020, 16:25 (GMT +4)
İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedir

13 Avqust 2020, 16:23 (GMT +4)
Los Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarışa verib

13 Avqust 2020, 16:16 (GMT +4)
Cüdoçumuz dopinqə görə cəzalanıb

13 Avqust 2020, 16:01 (GMT +4)
Azərbaycanda payızlıq və yazlıq biçinin statistikası açıqlanıb

13 Avqust 2020, 15:58 (GMT +4)
"Yandex"in Minskdəki ofisinə silahlı basqın təşkil edilib

13 Avqust 2020, 15:50 (GMT +4)
Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub (FOTO)

13 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

13 Avqust 2020, 15:31 (GMT +4)
Təhsil Nazirliyi: Şəhadətnamələrin fiziki olaraq vətəndaşlara təqdim edilməsinə başlanılıb

13 Avqust 2020, 15:31 (GMT +4)
İdlibə endirilən aviazərbədə Əl-Qaidənin özbəkistanlı lideri öldürülüb

13 Avqust 2020, 15:24 (GMT +4)
Lukaşenkonun açıqlamasından sonra Belarus səfiri Çex Respublikası XİN-ə çağrılıb

13 Avqust 2020, 15:15 (GMT +4)
Yasamal rayonunda 7 km uzunluğunda küçə və yol yenidən qurulur

13 Avqust 2020, 15:01 (GMT +4)
Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 11% artıb

13 Avqust 2020, 14:51 (GMT +4)
Belarus DİN: Ölkədəki iğtişaşlar artıq kütləvi xarakter daşımır

13 Avqust 2020, 14:45 (GMT +4)
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

13 Avqust 2020, 14:17 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

13 Avqust 2020, 14:16 (GMT +4)
Bakı Metropoliteni işçi qəbulu elan edib

13 Avqust 2020, 14:16 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 907 mini keçib

13 Avqust 2020, 14:15 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 19 mini ötüb

13 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil naziri müəllim, şagird və valideynlərlə onlayn görüş keçirib

13 Avqust 2020, 13:54 (GMT +4)
Belarus DİN 700 nəfərin saxlanıldığnı açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66