Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Dövlət Komitəsi: Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir

10 İyul 2019, 13:25 (GMT +4)

Bakı, 10 iyul, SalamNews, K.Orxan. "Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən səlahiyyət həmin məzarlıqların reyestrini aparmaqdan ibarətdir".

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir: "Yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər. O cümlədən vəfat eləmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir".

Komitə sədri bildirib ki, bəzən mətbuatda məzarlıqlarla bağlı nə məsələ olursa, buna görə Komitəyə müraciət edirlər: "Ümumiyyətlə harada din sözü varsa, bununla bağlı bizim Komitəyə müraciət edirlər. Amma məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır. Biz reyestr xidmətini həyata keçirsək də, vətəndaşların müraciətlərini həmin ərazinin bələdiyyələrinə və müvafiq qurumlarına çatdırırıq".

Xatırladaq ki, ötən ilin dekabrında Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiq edilib. Qərara əsasən, bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Bu qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarda aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

Dövlət Komitəsi uşaqlar üçün Şamaxıda yay düşərgəsi təşkil edib

Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədr müavini BMT-nin sessiyasında çıxış edib

Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb

Dövlət Komitəsi: Azərbaycanda dini sabitlik hökm sürür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb

Dövlət Komitəsinin rəhbərliyi şimal rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədri Argentinanın səfiri ilə görüşüb

Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12