Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlayıb

10 İyul 2019, 11:34 (GMT +4)

Bakı, 10 iyul, SalamNews.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.

SalamNews Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.
Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.

Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA "quş qripi" ilə bağlı monitorinqlər keçirəcək

AQTA mütəxəssisləri Xırdalan və Gəncə məktəbləri ilə görüşüb

Ötən ay AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1573 müraciət daxil olub

AQTA: Bəzi «ekspertlər» qida təhlükəsizliyi ilə bağlı sərsəm bəyənatlar yayır

AQTA leş ətlə bağlı yayılan bəzi məlumatlara rəsmi aydınlıq gətirib

AQTA nəzarət tədbirlərini daha da gücləndirir

AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırıb

AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə xəbərdarlıq edib

AQTA heyvanların daxili orqanları və dərisini antisanitar şəraitdə emal edən sex aşkarlayıb (FOTOLAR)

AQTA sədri kütləvi qida zəhərlənməsi faktlarına münasibət bildirib

AQTA və Təhsil Nazirliyi məktəblərdə qidalanma məsələlərinə birgə nəzarət edəcək

AQTA əməkdaşları Moldovada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

AQTA sədri: Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var

Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 45 müraciət daxil olub

AQTA sahibkarlara çağırış edib

AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

AQTA Xırdalanda qənd istehsalı sexinin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

AQTA: “Xan bağı” parkında iri gövdəli ağaclar quruyub

Qurban bayramı günlərində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək

AQTA Qəbələdə toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başladı

23 Oktyabr 2019, 10:23 (GMT +4)
Fermerlər Şurasının növbəti toplantısı keçirilib

23 Oktyabr 2019, 10:10 (GMT +4)
Bakıda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir

23 Oktyabr 2019, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

23 Oktyabr 2019, 09:58 (GMT +4)
Məqsədimiz Suriyada uzunmüddətli sabitliyə nail olmaqdır - Ərdoğan

23 Oktyabr 2019, 09:40 (GMT +4)
Putin: Rusiya və Türkiyə Suriya ilə bağlı taleyüklü qərar qəbul edib

23 Oktyabr 2019, 09:33 (GMT +4)
Putin Ərdoğanla anlaşdıqdan sonra Bəşər Əsədə zəng edib

23 Oktyabr 2019, 09:27 (GMT +4)
Bu gün AMEA-ya yeni prezident seçiləcək

23 Oktyabr 2019, 09:18 (GMT +4)
Kürd birləşmələri Türkiyənin tələb etdiyi ərazidən çıxıblar - ABŞ

23 Oktyabr 2019, 09:16 (GMT +4)
Türkiyə MN: Yeni əməliyyata ehtiyac yoxdur

23 Oktyabr 2019, 09:01 (GMT +4)
Prezident İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

22 Oktyabr 2019, 18:01 (GMT +4)
Azərbaycanda yeni tarix-mədəniyyət qoruqları yaradılır 

22 Oktyabr 2019, 17:56 (GMT +4)
Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə bağlı məsələlər müzakirə olunub

22 Oktyabr 2019, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Şahin Mustafayevi qəbul edib

22 Oktyabr 2019, 17:37 (GMT +4)
Putin və Ərdoğan arasında danışıqlar iki saatdan çoxdur davam edir

22 Oktyabr 2019, 17:30 (GMT +4)
ABŞ müdafiə naziri ər-Riyadda Səudiyyə kralı ilə görüşüb

22 Oktyabr 2019, 17:29 (GMT +4)
Nazirlik: 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir

22 Oktyabr 2019, 17:23 (GMT +4)
Sona Tağıyeva: Əsas məqsədimiz vətəndaş məmnunluğuna nail olmaqdır

22 Oktyabr 2019, 17:18 (GMT +4)
Lənkəranda binaların dam örtüklərinin dəyişdirilməsi üçün 2.3 milyon manat ayrılıb

22 Oktyabr 2019, 17:15 (GMT +4)
Osloda naməlum şəxs oğurlanmış təcili yardım maşını ilə bir neçə nəfəri vurub

22 Oktyabr 2019, 17:03 (GMT +4)
Şəki sakinlərindən narkotik götürülüb

22 Oktyabr 2019, 16:52 (GMT +4)
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter xəstəxanaya yerləşdirilib

22 Oktyabr 2019, 16:45 (GMT +4)
Bakıda avtomobil qadını vuraraq öldürüb

22 Oktyabr 2019, 16:37 (GMT +4)
İraq Suriyadan ölkənin şimalına keçən mindən çox ABŞ qüvvəsilə bağlı bəyanat verib

22 Oktyabr 2019, 16:31 (GMT +4)
İqtisadiyyat naziri vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilib

22 Oktyabr 2019, 16:23 (GMT +4)
Peskov: Trampın Ərdoğana məktubu tarixə düşəcək

22 Oktyabr 2019, 16:20 (GMT +4)
AFFA Türkan qəsəbəsində futbol meydançası istifadəyə verib

22 Oktyabr 2019, 16:05 (GMT +4)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

22 Oktyabr 2019, 15:51 (GMT +4)
Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

22 Oktyabr 2019, 15:47 (GMT +4)
Ərbəinə gedən azərbaycanlı zəvvarlar vətənə qayıdıblar (FOTO)

22 Oktyabr 2019, 15:43 (GMT +4)
Putin Suriyadakı vəziyyəti kəskin adlandırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66