Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10 İyul 2019, 12:25 (GMT +4)

Bakı, 10 iyul, SalamNews.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib. 55 müxtəlif qurumun nümayəndəsinin iştirak etdiyi tədbir dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiq olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi və effektiv əlaqələndirmənin təmin edilməsi məqsədilə təşkil olunub.

SalamNews Agentliyə istinadən xəbər verir ki, Dövlət Agentliyinin sədr müavini, İcra Qrupunun rəhbəri Ceyhun Salmanov açılış nitqi ilə çıxış edərək informasiya kommunikasiya texnologiyaları sahəsində inkişaf trendləri, e-hökumət idarəçiliyi üzrə əməkdaşlıq və əlaqələndirilmiş işin əhəmiyyəti, o cümlədən İcra Qrupu üzrə qarşıya qoyulmuş vəzifələr və əldə edilmiş nəticələr barədə məlumat verib.

Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova müvafiq sahədə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə vətəndaş məlumatlarının “myGov” elektron kabinetində təqdim edilməsi və xidmətlərin proaktiv təşkili ilə bağlı görülmüş işlərdən və gələcək planlardan danışıb.

Görüş müxtəlif panellərlə davam edib. Həmçinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Dövlət Agentliyinin idarə rəisi Tural Məmmədov “Elektron hökumətdə təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

“Cari layihələr və myGov portalı” mövzusunda təqdimatla çıxış edən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov elektron hökumət sahəsindəki yeniliklər, həyata keçirilən, dəstək verilən innovativ layihələr, Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyəti, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid prosesi barədə iştirakçılara məlumat verib.

Tədbirdə “Digital Azərbaycan” layihəsi və ilkin mənbə məlumatları barədə müzakirələr aparılıb, Mərkəzləşmiş Elektron Sənəd dövriyyəsi Sistemi təqdim olunub.

İkinci hissədə “Dövlət idarəçiliyində blockchain texnologiyasının tətbiqi” mövzusunda hakaton təşkil olunub. Dövlət qurumlarının nümayəndələrindən formalaşdırılmış 6 komanda 3 saat ərzində müxtəlif sahələrdə blockchain texnologiyasının tətbiqi üzrə təkliflər formalaşdırıb. Hakaton nəticələrin təqdimatı və mükafatlandırma mərasimi ilə yekunlaşıb.

Sonda iştirakçılar arasında ünsiyyət və komanda ruhunun yaradılması məqsədilə sərbəst vaxt təşkil edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

19 İyul 2019, 17:19 (GMT +4)
ADU-da media nümayəndələri mükafatlandırılıb

19 İyul 2019, 17:09 (GMT +4)
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

19 İyul 2019, 17:00 (GMT +4)
Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

19 İyul 2019, 16:58 (GMT +4)
Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

19 İyul 2019, 16:49 (GMT +4)
Bin-Salman Yəmən müharibəsinə görə ABŞ-dan yardım istəyib - KİV

19 İyul 2019, 16:40 (GMT +4)
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib

19 İyul 2019, 16:38 (GMT +4)
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:34 (GMT +4)
Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

19 İyul 2019, 16:27 (GMT +4)
Rusiya XİN ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarma qərarını şərh edib

19 İyul 2019, 16:18 (GMT +4)
Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

19 İyul 2019, 16:00 (GMT +4)
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 İyul 2019, 15:54 (GMT +4)
Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

19 İyul 2019, 15:51 (GMT +4)
Suriyada Ən-Nusraya endirilən son zərbələrin görüntüləri yayımlanıb (VİDEO)

19 İyul 2019, 15:42 (GMT +4)
Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib

19 İyul 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib (FOTO)

19 İyul 2019, 15:28 (GMT +4)
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

19 İyul 2019, 15:19 (GMT +4)
“İnstagram”da tanış olaraq Bakıda oğurluqlar edən şəxslər saxlanılıb

19 İyul 2019, 15:10 (GMT +4)
Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

19 İyul 2019, 15:08 (GMT +4)
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19 İyul 2019, 14:52 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19 İyul 2019, 14:47 (GMT +4)
Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

19 İyul 2019, 14:37 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:35 (GMT +4)
"CinemaPlus"da “Media günü” qeyd olunacaq

19 İyul 2019, 14:33 (GMT +4)
S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019, 14:28 (GMT +4)
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

19 İyul 2019, 14:04 (GMT +4)
İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12