Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis edib

10 İyul 2019, 16:14 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin təsis olunmasına dəstək göstərmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində bu gün Gəncədə peşə məktəbinin ilk sənaye emalatxanasını açıblar.

Bu barədə SalamNews-qurumdan məlumat verilib.

Məlumatda bildirilir ki, Gəncədə həyata keçirilən layihənin məqsədi təhsilin keyfiyyətini yüksəltmək və xüsusən də Gəncədə və ətraf rayonlarda peşə təhsilinin cəlbediciliyini artırmaq, eyni zamanda tələbələrin peşə təhsilinə qəbulu və iştirakını genişləndirmək, habelə bu rayonlarda peşə təhsili sistemini mövcud bazar tələbatı və sənaye sektorunun tələbləri ilə uyğunlaşdırmaqdan ibarətdir.

Həmçinin qeyd olunur ki, yeni müasir standartlara uyğun emalatxana ötən il təsis olunan Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin binasında yerləşir və mərkəzin yeni tədris planına daxil edilən altı mühüm sahə üzrə peşə təhsili proqramlarını tədris etmək üçün dünya səviyyəli sənaye və texniki təlim avadanlığı ilə təchiz edilib. Məktəb, isitmə, havalandırma və soyutma sistemləri; mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti; dağ-mədən işləri; moda və dizayn; plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və nəhayət, maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətlərinin göstərilməsi kimi sahələr üzrə ixtisaslaşır və burada təhsil alan tələbələrdə sənayeyə uyğun vərdişlərin aşılanmasına xidmət edir.

Gəncədəki yeni mərkəzin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti qeyd etdi ki, “Avropa İttifaqı Azərbaycanda peşə təhsili və təlimi sisteminin Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə müasirləşdirməsinə dəstək göstərir. Ümumiyyətlə, bu layihə, vərdişləri əmək bazarının tələblərinə uyğunlaşdırmağa kömək edəcəkdir. Bizim bu gün Gəncə Regional Sənaye Peşə Təhsili və Təlimi Mərkəzində açdığımız bu emalatxana tələbələrə öyrəndiklərini təcrübədə tətbiq etmək imkanı verəcəkdir”.

Bir müddət əvvəl, əmək bazarının qiymətləndirilməsi aparıldıqdan sonra, Qərbi Azərbaycanın sənaye mərkəzi kimi tanınan Gəncə üçün prioritet sahələr kimi Mərkəzin altı əsas fəaliyyət sahəsi müəyyənləşdirilib. Hazırda Gəncədə yaradılan Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin 2018-2019-cu tədris ili üçün təklif etdiyi yeni proqramlar üzrə qəbul edilən 60 tələbə təhsil alır. Tələbələr altı ixtisasdan biri üzrə gələcək karyeralarını qurmaq və yeni açılan emalatxanada gələcəkdə əmək fəaliyyətində rastlaşacaqları avadanlıq və texnika ilə necə işləmək lazım gəldiyini öyrənmək imkanı əldə edəcəklər.

BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakasetti qeyd edib ki, “Bu gün açılan bu ilk emalatxana ölkənin müxtəlif sahələrdə ixtisaslaşan işçi qüvvəsi potensialını gücləndirmək və daha inklüziv əmək bazarı yaratmaq üçün mühüm bir addım kimi peşə təhsilinin vacibliyini vurğulayır”.

Bu gün Peşə Təhsili və Təlimi emalatxanasının açılışından sonra, özəl sektorun iştirakı ilə, peşə təhsili məktəbləri və Gəncə regionunun müxtəlif biznes dairələri, xüsusən də inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 90 faizini təmin edən kiçik və orta müəssisələr arasında tərəfdaşlıqları gücləndirmək məqsədini daşıyan dəyirmi masa keçirilib. Avropa İttifaqı və BMTİP, biznes sektorunun Dayanıqlı İnkişaf Məqsədlərinə kömək edən əsas qüvvə olduğunu hesab edirlər. Özəl sektor, peşə təhsili məktəblərinin məzunlarının bacarıqlarını bazardakı tələbata uyğunlaşdırmaq və bir çox kiçik və orta müəssisələrdə müəyyən peşə sahiblərinin və vərdişlərinin çatışmazlığı ilə bağlı boşluğu aradan qaldırmaq üçün böyük potensiala malikdir.

Gəncədəki bu potensialı nəzərə alaraq, lahiyə çərçivəsində, biznes sektorunda ehtiyac duyulan vərdişlərlə insan resurslarını inkişaf etdirmək üçün milli peşə təhsili məktəblərinin imkanlarını gücləndirmək məqsədilə yeni Dövlət- Özəl Sektor Tərəfdaşlığı üzrə çərçivə sənəd hazırlanıb. Çərçivə sənəd bu günkü dəyirmi masada rəy bildirilməsi üçün özəl sektora təqdim olundu. Özəl sektorla məsləhətləşmələr növbəti aylarda da davam edəcək və bundan sonra Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəli işlənib hazırlanacaq.

Gəncədə həyata keçirilən layihə BMTİP-nin də qismən maliyyələşdirilməsi daxil olmaqla, bütövlükdə Aİ tərəfindən maliyyələşdirilən və BMTİP-nin Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx tərəfdaşlıq şəraitində icra etdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” üzrə daha geniş proqramın bir hissəsidir. Proqramın başlıca meyarı Azərbaycanın iki rayonunda – qərbdə Gəncə və cənubda Cəlilabadda peşə təhsili və inkişaf potensialını gücləndirməkdir. Ümumi hesabla, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı bu proqramın maliyyələşdirilməsinə 3,463,531 ABŞ dolları məbləğində vəsait ayırıb, burada Avropa İttifaqının maliyyə dəstəyi 3,117,178 ABŞ dolları təşkil edir. BMTİP-nin bu layihəyə ayırdığı vəsait isə 346,353 ABŞ dolları məbləğindədir. Təkcə Gəncədə, layihənin icrasına 1,600,000 avro ayrılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

İngiltərə 31 oktyabradək Avropa İttifaqından çıxacaq - Boris Conson

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib

Avropa İttifaqı türk xalqı ilə həmrəydir - Federika Moqerini

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

ETSN-də Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib

Prezident: "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq"

Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfəri başlayıb (FOTOLAR)

Avropa İttifaqı Azərbaycan uşaqları və gəncləri üçün icma əsaslı hərtərəfli dəstəyi təmin edir

Azərbaycanda 1 600-dən çox Avropa İttifaqı şirkəti fəaliyyət göstərir

Prezident İlham Əliyev Avropa İttifaqı komissarını qəbul edib

Avropa İttifaqının komissarı: Azərbaycan ilə ikitərəfli əməkdaşlıq sənədi imzalanacaq

Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox sərmayə yatırıb

Avropa İttifaqının komissarı Bakıya gəlib

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib 

Rusiya Avropa İttifaqına qarşı sanksiyaları genişləndirib 

Avropa İttifaqının dəstəyi ilə jurnalistlər üçün növbəti təlim keçirilib (FOTOLAR)

Avropa İttifaqı Azərbaycanla kibertəhlükəsizlik sahəsində yeni layihə reallaşdıracaq

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb

Avropa İttifaqı İranla əldə edilən nüvə sazişinin davam etdiriləcəyini bildirib

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66