Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BMT-nin ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərləri Tərtərdə köçkünlərlə görüşüb

10 İyul 2019, 18:06 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə ərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.

SalamNews xəbər verir ki, klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb. Xatırladılıb ki, BMT-nin ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin qaçqın və məcburi köçkün probleminin həlli sahəsində sistemli dövlət siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü iş aparıldığı, bu sahəyə cavabdeh olan Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildiyi, məsuliyyətinin daha da artırıldığı diqqətə çatdırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüslərinin, Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələrin mühüm əhəmiyyət daşıdığı bildirilib.

Tədbirdə Azərbaycanda qaçqınlıq və köçkünlük probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səylər xatırlanıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq ifadə olunub. Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsinin vacibliyi vurğulanıb. Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdış proqramının icrasına başlanılacağına inam ifadə olunub.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai beynəlxalq qurumun təmsilçilərinin bölgəyə səfərini ölkəmizdəki qaçqınlara və məcburi köçkünlərə diqqətin təzahürü kimi səciyyələndirib. O, Azərbaycanın inkişaf etmiş ölkə kimi bu kateqoriyadan olan insanların probleminin həllində dünyaya nümunə göstərdiyini qeyd edib, onların çadır düşərgələrindən yeni və rahat mənzillərə köçürülməsinin, hökumətin bu sahədəki fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək verəcəyi vurğulanıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 1995-1997-ci illərdə də Azərbaycanda çalışdığını, o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu xatırladıb. Həmin dövrdə Ali Komissarlığın 10 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyini qeyd edən diplomat bu sahədə Azərbaycan hökumətinin fəaliyyətinin, ölkənin artan sosial-iqtisadi imkanlarının bu problemlərin həllinə yönəldilməsinin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, bugünkü görüş BMT təsisatlarının məcburi köçkünlərin hazırkı dövrdə ehtiyaclarını öyrənmələrinə və gələcək fəaliyyətlərini buna uyğun qurmalarına kömək edəcəkdir.

Məcburi köçkün İlqar Qasımov deyib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: “Burada dövlət tərəfindən mənə ev verilib, yaşamaq üçün lazımi şərait yaradılıb. Ancaq mən doğma torpağımı istəyirəm. Biz məcburi köçkünlər münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmasını, işğal altındakı torpaqlarımızın azad edilməsini gözləyirik”.

Səfər çərçivəsində, həmçinin BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim keçib. Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Əhmədov Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb

BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

ABŞ hökuməti Cavad Zərifin BMT səfərinə görə viza verməyə razılıq verib

BMT Hörmüz boğazında yeni qarşıdurmanın qarşısını almağa çağırıb 

Energetika Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb

Avropa İttifaqı, BMTİP Gəncə Peşə Təhsili və Təlim Məktəbində yeni sənaye emalatxanası təsis edib

BMT-nin xüsusi məruzəçisi Kaşıkçı qətli ilə bağlı həqiqətləri araşdırmağa çağırır 

BMT TŞ Liviyada atəşkəsə çağırıb

ETSN-də BMT rəsmisi ilə görüş keçirilib

Türkiyə İsveçrə və BMT-yə etiraz notaları göndərib

SOCAR-la BMT İnkişaf Proqramı perspektiv layihələri müzakirə edib

BMT Təhlükəsizlik Şurası ABŞ-a görə Liviya üzrə bəyanatı qəbul edə bilməyib

BMT: Liviyada qaçqınlara qarşı hava hücumları hərbi cinayət kimi xarakterizə edilə bilər

BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı toplantısı nəticəsiz qalıb

Ankara BMT ilə terrorçular arasındakı razılaşmanı tənqid edib

Suriya İsrailin təcavüzlərinə görə BMT-ə şikayət edib

BMT-nin baş katibi İranı öhdəliklərini yerinə yetirməyə çağırıb

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

19 İyul 2019, 17:19 (GMT +4)
ADU-da media nümayəndələri mükafatlandırılıb

19 İyul 2019, 17:09 (GMT +4)
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

19 İyul 2019, 17:00 (GMT +4)
Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

19 İyul 2019, 16:58 (GMT +4)
Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

19 İyul 2019, 16:49 (GMT +4)
Bin-Salman Yəmən müharibəsinə görə ABŞ-dan yardım istəyib - KİV

19 İyul 2019, 16:40 (GMT +4)
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib

19 İyul 2019, 16:38 (GMT +4)
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:34 (GMT +4)
Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

19 İyul 2019, 16:27 (GMT +4)
Rusiya XİN ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarma qərarını şərh edib

19 İyul 2019, 16:18 (GMT +4)
Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

19 İyul 2019, 16:00 (GMT +4)
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 İyul 2019, 15:54 (GMT +4)
Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

19 İyul 2019, 15:51 (GMT +4)
Suriyada Ən-Nusraya endirilən son zərbələrin görüntüləri yayımlanıb (VİDEO)

19 İyul 2019, 15:42 (GMT +4)
Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib

19 İyul 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib (FOTO)

19 İyul 2019, 15:28 (GMT +4)
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

19 İyul 2019, 15:19 (GMT +4)
“İnstagram”da tanış olaraq Bakıda oğurluqlar edən şəxslər saxlanılıb

19 İyul 2019, 15:10 (GMT +4)
Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

19 İyul 2019, 15:08 (GMT +4)
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19 İyul 2019, 14:52 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19 İyul 2019, 14:47 (GMT +4)
Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

19 İyul 2019, 14:37 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:35 (GMT +4)
"CinemaPlus"da “Media günü” qeyd olunacaq

19 İyul 2019, 14:33 (GMT +4)
S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019, 14:28 (GMT +4)
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

19 İyul 2019, 14:04 (GMT +4)
İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12