Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tərtərdə vətənpərvərliklə bağlı tədbir keçirilib

10 İyul 2019, 16:56 (GMT +4)

Bakı, 10 iyul, SalamNews.“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə həyata keçirdiyi “Vətənpərvərlik mənəvi dəyərimizdir” adlı silsilə tədbirləri davam edir.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, növbəti tədbir bu gün Tərtərdə baş tutub.

Şəhərin gənclər mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb. Təşkilat sədri bildirib ki, mənəvi dəyərlərimizin, tarixi adət-ənənələrimizin qorunması bir xalq olaraq keçmişimizə və gələcəyimizə sahiblənməyimiz, dəyərlərimizin yaşadılması deməkdir: “Milli mədəni irsimizin təbliği birbaşa vətənpərvərlik şüurunun formalaşmasından keçir. Doğma Qarabağ torpaqlarımızın tezliklə işğaldan azad edilməsi dövlətimizin iqtisadi, hərbi gücü ilə bərabər vətəndaşlarımızın ayrıca mənəvi irsimizə, dəyərlərimizə sahiblənməsindən çox asılıdır. Ən sevindirici olan isə ölkəmizdə milli, mədəni irsimizin həqiqi himayəçisinin birbaşa Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olmasıdır”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.

O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb.

C.Əzimbəyli bu uğurun dövlətimiz və xalqımız üçün ilahi bir nemət olduğunu deyib: “Hesab edirəm ki, həqiqi dini inanca sahib olan hər bir ölkə vətandaşı həm də sədaqətli vətənsevərdir. Hər birimiz ölkə gənclərinin yad təsirlərdən, təkfirçi zehniyyətdən mühafizə olunması, milli-mənəvi dəyərlərimizə sahib çıxması üçün var qüvvəmizlə çalışmalıyıq. Ən azından bu işdə prezidentimiz İlham Əliyevin siyasətinə cüzi də olsa qatqımız olar”.

Tərtər rayon İcra Hakimiyyətinin başçısının birinci muavini Ramiz Şabanov, icra hakimiyyətində dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Pərviz Eyvazov, Tərtər cümə məscidinin imam müavini Məhərrəm Rəhimov və digərləri çıxış edərək, bu silsilə tədbirlərin son dərəcə gərəkli olduğunu diqqətə çatdıraraq, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Tədbirə şəhər ictimaiyyət nümayəndələri və çox sayda gənclər qatılıb.

Sonda S.Əzimbəyli şəxsi vəsaiti hesabına 15 aztəminatlı ailəyə ərzaq yardımı edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Yeni Üfüq” Zaqatala ictimaiyyətini bir araya toplayıb

“Yeni Üfüq” cəbhədə əsgərləri ziyarət edib

“Əkinçi” qəzeti ilə xalqımızın mədəni mühitimizdə yeni üfüqlər açılıb - nazir

"Yeni Üfüq" qazi və şəhid ailələri ilə görüş keçirib

"Yeni Üfüq” Ramazan ayında daha bir xeyriyyə aksiyası keçirib

“Yeni Üfüq” növbəti Ramazan aksiyasını keçirib

“Yeni Üfüq” Ramazan ayında tədbirlərə start verib

“Yeni Üfüq” Göyçayda növbəti tədbirini keçirib

“Yeni Üfüq” Qubada növbəti maarifləndirici tədbirini keçirib

Salyanda “Yeni Üfüq” islam həmrəyliyi ilə bağlı tədbir olub

“Yeni Üfüq”ün “İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” adlı silsilə tədbirləri davam edir

“Yeni Üfüq” “İslam Həmrəyliyi - Azərbaycan nümunəsi” adlı silsiləvi tədbirləri davam etdirməkdədir

"Yeni Üfüq" İctimai Birliyi Bakıda görüş keçirib

“Yeni Üfüq” İB İmişlidə tədbir keçirib

“Yeni Üfüq” Şuşanın işğal günü əlaqədar anım tədbiri keçirib

21 Oktyabr 2019, 12:54 (GMT +4)
Bakıda Xəzər İnşaat Həftəsi başlayır

21 Oktyabr 2019, 12:22 (GMT +4)
Türkiyə ABŞ ilə razılaşma pozularsa əməliyyatı  bərpa edəcək - Çavuşoğlu

21 Oktyabr 2019, 12:18 (GMT +4)
İran yenidən Türkiyəni rəsmi Dəməşqlə danışıqlar aparmağa çağırıb

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Bakı Elektron Ticarət Forumu keçirilir

21 Oktyabr 2019, 11:57 (GMT +4)
Şoyqu: Suriyada terrorçuların olduğu 12 həbsxana mühafizəsiz  qalıb

21 Oktyabr 2019, 11:49 (GMT +4)
“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib

21 Oktyabr 2019, 11:39 (GMT +4)
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir

21 Oktyabr 2019, 11:24 (GMT +4)
Milli Məclisin sədri Yaponiyaya səfərə gedib

21 Oktyabr 2019, 11:23 (GMT +4)
Suriya münaqişəsi yalnız siyasi yolla həll edilə bilər - Çavuşoğlu

21 Oktyabr 2019, 11:19 (GMT +4)
Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək

21 Oktyabr 2019, 11:15 (GMT +4)
“Beşiktaş” klubuna yeni prezident seçilib

21 Oktyabr 2019, 10:58 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

21 Oktyabr 2019, 10:53 (GMT +4)
Türkiyə 1500 km ərazini terrorçulardan azad edib - Ərdoğan

21 Oktyabr 2019, 10:51 (GMT +4)
Nensi Pelosi Əfqanıstana qəfil səfərə yollanıb

21 Oktyabr 2019, 10:37 (GMT +4)
Alpaqut üzrə IV Azərbaycan kubokunun qalibləri müəyyənləşib

21 Oktyabr 2019, 10:27 (GMT +4)
Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

21 Oktyabr 2019, 10:18 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur - Hulusi Akar

21 Oktyabr 2019, 10:09 (GMT +4)
ABŞ hərbi qüvvələrini Suriyadan çıxarmaq prosesini sürətləndirib (VİDEO)

21 Oktyabr 2019, 09:58 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Oktyabr 2019, 09:44 (GMT +4)
Pentaqon rəhbəri ABŞ-ın Suriyada İŞİD-ə qarşı əməliyyatlarını istisna etmir

21 Oktyabr 2019, 09:41 (GMT +4)
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

21 Oktyabr 2019, 09:29 (GMT +4)
Yaşıl dəhliz buraxılış sistemindən istifadə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib

21 Oktyabr 2019, 09:27 (GMT +4)
Livanda aksiyalar 6-cı günə daxil olub - Hökumət islahat paketini açıqlamaq istəyir

21 Oktyabr 2019, 09:25 (GMT +4)
Marine Le Pen Türkiyəni NATO-dan çıxarmağı təklif edib

21 Oktyabr 2019, 09:11 (GMT +4)
Tbilisidə Ərbəin günü ilə bağlı dinlərarası beynəlxalq konfrans keçirilib (FOTO)

21 Oktyabr 2019, 09:01 (GMT +4)
UEFA “Qarabağ”ı cərimələyib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66