Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

11 İyul 2019, 13:19 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin daha da səmərəli təşkili üçün yerlərdə torpaq müfəttişlərinə treyninqlərin keçirilməsinə start verib.

SalamNews ƏMDK-a istinadən xəbər verir ki, bunun üçün torpaq müfəttişlərindən ibarət işçi qrupu yaradılıb. İlk treyninqlər Bakı, Sumqayıt şəhərlərində, Şamaxı, Xaçmaz rayonlarında keçirilib.

Təlimlər zamanı torpaqlardan istifadənin qanunvericilik tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı məlumat verilib, inzibati xətalara dair protokolların tərtib edilməsi və qərarların qəbul edilməsi zamanı həmin tələblərə riayət olunması məsələlərindən bəhs edilib.

Bildirilib ki,torpaq müfəttişləri ərazilərin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması ilə bağlı genişmiqyaslı işlər aparmalı, baş verən neqativ hallar barədə dövlət qurumlarını məlumatlandırmalıdır. Bundan başqa bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, o cümlədən yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə dair rəy verilməsində qanunvericiliyin tələblərinin gözlənilməsini təmin etməlidirlər.

Müfəttişlərin əldə etdiyi informasiyalar torpaqlarla bağlı məlumat bazasının yaradılmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, torpaqlarda baş vermiş dəyişikliklər barədə məlumatlar mütəmadi olaraq yenilənməklə bazaya ötürüləcək.

Qeyd edilməlidir ki, aparılan monitorinq və reydlər nəticəsində torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları üzə çıxarılır. Müvafiq qurumlar tərəfindən mühafizə zonasına düşən torpaqların qanunsuz olaraq fiziki və ya hüquqi şəxslərə ayrılması, bələdiyyələr və vəzifəli şəxslər tərəfindən təyinatına zidd olaraq torpaqla bağlı qərarların verilməsi halları müəyyənləşdirilir. Məlum olur ki, bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar icarəyə götürülüb, lakin istifadə edilmir və boş saxlanılır. Bir sıra hallarda torpaqlar birbaşa məqsədləri ilə deyil, yaşayış, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin münbit qatı korlanaraq orada tikinti işləri aparılır.

Bölgələrdə torpaq müfəttişlərinə keçirilən təlimlər gələcəkdə də davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏMDK-nin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

ƏMDK mətbuat nümayəndələri üçün info-tur təşkil edib (FOTO)

ƏMDK vətəndaşlar üçün kampaniya keçirir

Əkin sahələrini yandıranlar cərimə olunacaqlar - ƏMDK

ƏMDK sədri Cəlilabadda vətəndaş qəbulu keçirəcək

“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır

ƏMDK: Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda olub

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb - ƏMDK

ƏMDK-nin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Növbəti hərracda 11 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

Sentyabrın 19-da keçiriləcək hərraca 166 dövlət əmlakı çıxarılıb - ƏMDK

Torpaqlardan əsassız istifadə edənlər 655 min manat cərimələnib - ƏMDK

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

ƏMDK-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur

Hərracda 4 kiçik dövlət müəssisəsi və 5 qeyri-yaşayış sahəsi özəlləşdirilib - ƏMDK

ƏMDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

ƏMDK 124 dövlət əmlakını hərraca çıxarıb

ƏMDK sədri Kərəm Həsənov Füzulidə vətəndaşların müraciətlərini dinləyib

ƏMDK sədrinin Füzulidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

19 İyul 2019, 18:00 (GMT +4)
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

19 İyul 2019, 17:53 (GMT +4)
Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

19 İyul 2019, 17:41 (GMT +4)
ABŞ İraqda İŞİD-ə qarşı döyüşən Haşd-Şabinin bir qərargahını vurub

19 İyul 2019, 17:34 (GMT +4)
Çində zavodda partlayış baş verib

19 İyul 2019, 17:19 (GMT +4)
ADU-da media nümayəndələri mükafatlandırılıb

19 İyul 2019, 17:09 (GMT +4)
AMADA EYOF-da dopinq nümunələrinin toplanmasını təmin edəcək

19 İyul 2019, 17:00 (GMT +4)
Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

19 İyul 2019, 16:58 (GMT +4)
Kubanda azərbaycanlılarla çeçenlər arasında kütləvi dava baş verib

19 İyul 2019, 16:49 (GMT +4)
Bin-Salman Yəmən müharibəsinə görə ABŞ-dan yardım istəyib - KİV

19 İyul 2019, 16:40 (GMT +4)
ABŞ Azərbaycana yeni hərbi attaşe təyin edib

19 İyul 2019, 16:38 (GMT +4)
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

19 İyul 2019, 16:34 (GMT +4)
Bakıda mənzildən ər-arvadın meyiti tapılıb

19 İyul 2019, 16:27 (GMT +4)
Rusiya XİN ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarma qərarını şərh edib

19 İyul 2019, 16:18 (GMT +4)
Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

19 İyul 2019, 16:00 (GMT +4)
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

19 İyul 2019, 15:54 (GMT +4)
Məktəblilər XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək

19 İyul 2019, 15:51 (GMT +4)
Suriyada Ən-Nusraya endirilən son zərbələrin görüntüləri yayımlanıb (VİDEO)

19 İyul 2019, 15:42 (GMT +4)
Merkel səhhəti ilə maraqlananları başa düşdüyünü deyib

19 İyul 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib (FOTO)

19 İyul 2019, 15:28 (GMT +4)
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib

19 İyul 2019, 15:19 (GMT +4)
“İnstagram”da tanış olaraq Bakıda oğurluqlar edən şəxslər saxlanılıb

19 İyul 2019, 15:10 (GMT +4)
Nur-Sultanda Suriyadakı siyasi prosesinin təşviqi müzakirə ediləcək

19 İyul 2019, 15:08 (GMT +4)
“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19 İyul 2019, 14:52 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19 İyul 2019, 14:47 (GMT +4)
Britaniyanın Cəbəli-Tariq muxtariyyəti İran neft gəmisinin saxlanılma müddətini artırıb

19 İyul 2019, 14:37 (GMT +4)
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

19 İyul 2019, 14:35 (GMT +4)
"CinemaPlus"da “Media günü” qeyd olunacaq

19 İyul 2019, 14:33 (GMT +4)
S-400 komponentləri cədvəl üzrə Türkiyəyə tədarük edilir

19 İyul 2019, 14:28 (GMT +4)
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

19 İyul 2019, 14:04 (GMT +4)
İran Silahlı Qüvvələri Trampın ölkə PUA-sının vurulması ilə bağlı iddiasını təkzib edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12