Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

10 İyul 2019, 18:30 (GMT +4)

Bakı, 10 iyul, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası və İslam” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, tədbirin əvvəlində DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş edilib.

Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirir və bu ideologiya Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub.

Komitə sədri deyib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü tamam olur. Onun sözlərinə görə, Ulu Öndər xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Bu xidmətlərdən biri də Azərbaycançılıq ideologiyasıdır. Komitə sədri onu da qeyd edib ki, Azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dini mühüm rol oynayıb. İslami dəyərlər, ümumiyyətlə, İslam dini xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri də özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə əsasını qoyduğu siyasi kurs dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan multikulturalizm və tolerantlıq dövlət siyasətinə çevrilib.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu təqdim olunan sənədli filmə görə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Azərbaycançılığın tarixi köklərini, keçdiyi mərhələləri təhlil edən natiq qeyd edib ki, bu ideologiya Azərbaycanın milli neokonservatizmidir və sovet dövründə xalqın milli identifikasiyasını təşkil edib. Hikmət Babaoğlu söyləyib ki, bizim mentalitet milli psixologiya, milli mədəniyyət və milli mənəviyyatdır: “Mənəviyyatın içərisində əsas komponentlərdən biri də dindir. Özümüzü hər nə qədər müasir cəmiyyətin yetirməsi hesab etsək də, daxilimizdə fərd olaraq İslam dininin daşıyıcılarıyıq. Azərbaycançılıq ideologiyasında olan dözümlülük, tolerantlıq, sülh, birgəyaşayış, multikultural dəyərlər həm də İslam dinindən gəlir. Nəticə etibarilə İslam elmi, inkişafı təlqin edən dindir. Ona görə də, Azərbaycançılıq və İslam dedikdə, məsələnin bu kontekstdə qiymətləndirilməsi doğrudur”.

Tədbirdə iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev bildirib ki, Heydər Əliyev hər şeydən əvvəl, milli-mənəvi dəyərlər sisteminin nə olduğunu və ona münasibətin necə formalaşmasını birmənalı şəkildə ictimai fikrin qarşısına qoyub, milli-mənəvi dəyərlər sisteminin təməlində dini dəyərlərin durduğunu bəyan edib. Ümummilli Liderin hakimiyyətə qayıdışı dönəmində dini-mənəvi dəyərlərə olan münasibətin müxtəlif aspektlərini araşdırmağın olduqca maraqlı və diqqətəlayiq olduğunu vurğulayan QMİ rəsmisi Heydər Əliyevin dinindən və məzhəbindən asılı olmayaraq bütün dini tədbirlərin, konfessiyaların xüsusi mərasimlərinə özəl diqqətlə yanaşmasından danışıb.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslam dininin Azərbaycan cəmiyyətinə təsirlərindən, dinin təməl prinsiplərindən olan sülhün, birləşdirici funksiyanın və tolerantlığın milli təfəkkürdə oynadığı roldan danışıblar. Müzakirələrə qoşulan şərqşünas alim Nəriman Qasımoğlu və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, DQİDK yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Azərbaycançılığın həm milli, həm də dini kimliyin təyinedicisi olmasından, tolerantlığın bu ideologiyada mühüm yer tutmasından söz açıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Diasporla İş Üzrə Dövlət Komitəsində gürcüstanlı deputatlarla görüş keçirilib

AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında memorandum imzalanıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsi erməni təxribatının qarşısını alıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-da görüşlərə başlayıb

Almaniya nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri işdən çıxıb

Diasporla İş üzrə Dövlət Komitəsinə yeni mətbuat katibi təyin edilib

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK-ın ləğvi olunması ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Diasporla İş üzrə Dövlət Komitəsi ÜAK ilə bağlı məsələyə münasibət bildirib

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 14 il ötür

20 Fevral 2020, 13:09 (GMT +4)
Londonda Assanjın ekstradisiyası ilə bağlı texniki məhkəmə başa çatıb

20 Fevral 2020, 13:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

20 Fevral 2020, 13:01 (GMT +4)
Tovuzda gənc müəllimlər üçün təlimlər keçirilib

20 Fevral 2020, 12:50 (GMT +4)
Azərbaycanın elektrik enerjisi ixracı azalıb

20 Fevral 2020, 12:41 (GMT +4)
Azərbaycanda dövlət xəstəxanalarında tibb fakültələri açılacaq

20 Fevral 2020, 12:35 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə 242 nəfər dəyəri yüksək olan əməliyyatlardan yararlanıb

20 Fevral 2020, 12:24 (GMT +4)
ABŞ Suriyadakı "Astana prosesinin" nəticəsiz qaldığını açıqlayıb

20 Fevral 2020, 12:23 (GMT +4)
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb

20 Fevral 2020, 12:16 (GMT +4)
XİN Azərbaycanın Avropa İttifaqından yeni gözləntilərini açıqlayıb

20 Fevral 2020, 12:15 (GMT +4)
Azərbaycan Antiqua və Barbudaya yardım edib

20 Fevral 2020, 12:03 (GMT +4)
«Ən-Nusra» liderinin ələ keçirilən yeraltı qərargahının görüntüləri yayımlanıb (VİDEO)

20 Fevral 2020, 12:01 (GMT +4)
DOST Agentliyi könüllülük sahəsində beynəlxalq müsabiqənin qalibi olub

20 Fevral 2020, 11:58 (GMT +4)
Blumberq sosial şəbəkələrdə hər təşviqatçıya ayda 2,5 min dollar ödəyəcək

20 Fevral 2020, 11:52 (GMT +4)
Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə başlanılıb

20 Fevral 2020, 11:50 (GMT +4)
KİV: Yaponiyada kruiz gəmisində koronavirusa yoluxanlardan ikisi ölüb 

20 Fevral 2020, 11:42 (GMT +4)
İranda seçki qabağı sükut günü başlayıb

20 Fevral 2020, 11:41 (GMT +4)
Azərbaycanda icbari tibbi sığorta sahəsində görülən son yeniliklər açıqlanıb

20 Fevral 2020, 11:30 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Fevral 2020, 11:27 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 82 nəfərə çatıb

20 Fevral 2020, 11:21 (GMT +4)
Gəncənin Baş planının hazırlanmasına start verilib

20 Fevral 2020, 11:11 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakıKart”a keçir

20 Fevral 2020, 11:07 (GMT +4)
Əfqanıstan seçkilərinin nəticələri hökuməti ikiyə bölüb, general Dostum da reaksiya verib

20 Fevral 2020, 11:04 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

20 Fevral 2020, 10:46 (GMT +4)
Almaniyada atışma zamanı 8 nəfər ölüb

20 Fevral 2020, 10:37 (GMT +4)
İranda milli pulun denominasiyası və sıfırların götürülməsi təsdiqlənib

20 Fevral 2020, 10:34 (GMT +4)
Yanvarda ölkədən 39,5 min tonadək metanol ixrac edilib

20 Fevral 2020, 10:30 (GMT +4)
Kanadada 200 avtomobil toqquşub, 60 nəfər xəsarət alıb

20 Fevral 2020, 10:25 (GMT +4)
Saleh Məmmədov vətəndaşları qəbul edəcək

20 Fevral 2020, 10:13 (GMT +4)
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anım günüdür

20 Fevral 2020, 10:09 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2118 nəfərə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66