Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bu il “ASAN Viza” vasitəsilə 184 ölkənin 429 min vətəndaşına elektron viza verilib

11 İyul 2019, 13:59 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.Bu ilin 6 ayı ərzində “ASAN Viza” vasitəsilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61% artıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a bildirilib ki, bu dövr ərzində “ASAN Viza” vasitəsi ilə 429 000-dən çox viza verilib.

“ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. Bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.az portalı üzərindən müraciət edərək cəmi 3 gün ərzində elektron viza əldə edə bilirlər. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir.

“ASAN Viza” vasitəsi ilə bu il verilən ümumi vizaların 39 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilir.

Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir.

2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” ilə Azərbaycana səfər edən əcnəbilərin 78%-i səfər məqsədini turizm olaraq qeyd edib. Digər hissə isə əcnəbilərin özləri tərəfindən qeyd edilən digər səbəblər və Avropa Liqasının final oyunu, Formula 1 və başqa tədbirlər ilə əlaqədar səfərlər olub.

2019-cu ildə verilmiş vizaların bəzi statistikasını sizə təqdim edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“ASAN Viza” vasitəsilə vizaların rəsmiləşdirilməsi dayandırılır

İndiyədək "ASAN Viza" vasitəsilə 1 milyon 877 min 835 viza verilib

"ASAN Viza" hava limanına gələn turistlərlə kiçik zarafat edib (VIDEO)

“ASAN Viza”nın facebook səhifəsi “NETTY2019”un qalibi olub

“ASAN Viza” vasitəsi ilə hava limanlarında 376 000-dən çox turistə viza verilib

“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib

“ASAN Viza” vasitəsilə 1 milyonuncu viza verilib

Bu günə kimi “ASAN Viza” vasitəsilə 760 min 700-dən çox viza verilib

“ASAN Viza”da 100 yaşlı şəxsin müraciəti qeydə alınıb

“ASAN Viza” sistemi vasitəsilə 3 ay ərzində 702 282 viza verilib

ASAN Viza Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında fəaliyyətə başlayıb

Azərbaycana gələn əcnəbilərə vizalar hava limanında "ASAN Viza” sistemi vasitəsilə veriləcək

“ASAN Viza” artıq ispan dilində fəaliyyət göstərir

"ASAN Viza" sistemində yeniliklər edilib

İlham Əliyev: Bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək Azərbaycana gəlib

Özbəkistanın nümayəndə heyəti “ASAN xidmət” və “ASAN Viza” sistemi ilə tanış olub

“ASAN Viza” sisteminin tətbiqi iranlı turistlərin Azərbaycana səfərini asanlaşdırıb - nazir

“ASAN Viza” sistemi yeniliklərin tətbiqinə başlayıb

“ASAN Viza” sisteminə daha 12 dövlət əlavə edilib

Bu ilin 3 ayı ərzində "ASAN viza” xətti ilə 40 min viza verilib

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66