Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İmişli Şəkər Zavodu illik 400-450 min ton şəkər çuğunduru emalı gücünə malikdir

12 İyul 2019, 09:53 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. "Dövlət başçısı bizim qarşımıza özümüzü bütün kənd təsərrüfatı məhsulları ilə tam təmin etməyi və ixracatçı ölkəyə çevrilməyi əsas məsələ kimi qoyub".

SalamNews xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev İmişlidə Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin təsis konfransında deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatının ÜDM-də payı hər il nəzərəçarpacaq dərəcədə artır: "Ötən gün Prezident İlham Əliyev fransalı iş adamları ilə görüşdə də dedi ki, bu ilin ilk yarısında kənd təsərrüfatı 13%-lik rekord artım göstəricisinə imza atıb. Bütün bunlarda isə sizin rolunuz böyükdür".

"Azərsun Holding" MMC-nin İdarə Heyətinin üzvü Əhməd Goozal isə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əhalinin məşğulluğunun artırılmasında rolundan, İmişli Şəkər Zavodunun bu regionun iqtisadiyyatına verdiyi töhfədən danışıb.

Qeyd olunub ki, illik 400-450 min ton şəkər çuğunduru emalı gücü olan İmişli Şəkər Zavodu, ümumilikdə, ölkənin şəkərə olan tələbatınln 11%-ni təmin edir. Şəkər çuğundurunun əkini və becərilməsi dövrü xarakter daşıyır, yəni eyni ərazidə çuğundur 4 ildən tez olmamaqla əkilməlidir. Həmçinin çuğundurdan sonra əkin planı düzgün tərtib edildiyi təqdirdə əkilən dənli btikilərin məhsuldarlığı minimum 30-40% daha yüksək olur. Çuğundurun da daxil olduğu rotasiyalı əkin planına əməl edilərsə, burada həm əkinçilər üçün daimi iş, həm də əvvəlcədən proqnozlaşdırıla bilinən emal məqsədli daimi məhsullar olacaq. Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldıqdan sonra həm müxtəlif məhsullar üzrə məhsuldarlıq, həm də kənd təsərrüfatı ilə məşğul olan insanların stabil gəlir əldə etməsi mümkün olacaq. Kooperativə üzv olacaq fermerlər daimi alıcı imkanı və ölkə başçısı tərəfindən yeni imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 10% daha artıq subsidiya alacaqlar, aqrotexniki dəstəklə təmin ediləcəklər, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklər.

Qeyd edək ki, fermerlər kooperativdə emalçılarla birbaşa əməkdaşlıq quraraq birgə işləyəcək. Yəni emalçılar illik məhsul tələblərini fermerlərə təqdim edərək onlara rahat satış bazarı yaradacaq. Eyni zamanda fermerlərin rahat fəaliyyəti üçün də əvvəlcədən razılaşdırılacaq qaydalara əsasən 20-30%-lik ön ödəmə də tətbiq ediləcə. Bu vəsaitlə fermerlər əkin zamanı olan xərclərin böyük qismini qarşılamaq imkanı əldə edəcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azersun ” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir (VİDEO)

“Azersun Holding” növbəti sosial layihə həyata keçirib

"Azersun Holding" "Caspian Energy Forum Baku 2017"-nin baş sponsoru olub

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

08 Avqust 2020, 12:20 (GMT +4)
Şahmar Mövsümov: “Növbəti brifinqdə tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”

08 Avqust 2020, 12:18 (GMT +4)
Azərbaycan iyulda gündəlik 554,1 min barel xam neft hasil edib

08 Avqust 2020, 12:10 (GMT +4)
Nazir müavini: Cərimələr sərtləşdirilə bilər

08 Avqust 2020, 12:00 (GMT +4)
Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır

08 Avqust 2020, 11:54 (GMT +4)
Prezidentin köməkçisi: Avqustun 17-dən kafe və restoranların açılması nəzərdə tutulur

08 Avqust 2020, 11:51 (GMT +4)
Yaqut Qarayeva: Biz problemə gözümüzü yummaqla bu problem həll olunmayacaq

08 Avqust 2020, 11:46 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşmüşlərdən 60-ı hələ də tapılmayıb

08 Avqust 2020, 11:45 (GMT +4)
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir

08 Avqust 2020, 11:30 (GMT +4)
Şahmar Mövsümov: Qaydalara əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq

08 Avqust 2020, 11:18 (GMT +4)
Tramp seçkilərdə qalib gələrsə İran və Şimali Koreya ilə razılaşma imzalayacağını bildirib

08 Avqust 2020, 11:16 (GMT +4)
SOCAR "Petrofac" ilə Azərbaycanda dəstək xidmətləri üzrə saziş imzalayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66