Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

11 İyul 2019, 17:28 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “Euromoney” jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.

Bankdan SalamNews-a verilən məlumata görə, müxtəlif kateqoriyalar üzrə “İlin bankı” mükafatı ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə, tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinə görə layiq görülüb.

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu il fəaliyyətinin 50 illiyini qeyd edən “Euromoney” jurnalının mükafatı maliyyə dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: “Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə, bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.

Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi xüsusilə mühüm əhəmiyyət daşıyır: “Belə bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük motivasiya yaradır. Müştərilərimiz bunu yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı gömrük işçilərinə endirimli kredit təklif edir 

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəldib

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

Azərbaycan Beynəlxalq Bankında premium kartlara 50%-dək endirim edilib

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiya planı açıqlanıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırıb

"Azərbaycan Beynəlxalq Bankı" korporativ üslubunu dəyişib

TQDK Azərbaycan Beynəlxalq Bankının işçiləri üçün test imtahanı keçirib

“Azərbaycan Beynəlxalq Bankı”nın problemli aktivləri “Aqrarkredit”in idarəetməsinə veriləcək

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri istefa verib

21 İyul 2019, 13:52 (GMT +4)
KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

21 İyul 2019, 13:42 (GMT +4)
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb

21 İyul 2019, 13:20 (GMT +4)
Azad Rəhimov: İdman obyektləri və Atletlər kəndi festivala tam hazırdır

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12