Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

11 İyul 2019, 17:47 (GMT +4)

Bakı, 11 iyul, SalamNews.Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb.

SalamNews BDU-ya istinadən xəbər verir ki, Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildiyini bildirib. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin 1969-cu ildə, 50 illik yubileyinin məhz özünün iştirakı ilə keçirilməsini hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən elmə, təhsilə böyük əhəmiyyət verməsi, diqqət ayırması ilə əlaqələndirib. Rektor həmin dövrdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsini gələcəyə hesablanmış addım kimi qiymətləndirib. Rektor E.Babayev görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalq və qurduğu dövləti dünya miqyasında tanıda bilib. B.Muradova vurğulayıb ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatların aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdıran Bahar Muradova Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığını bildirib.

Ulu Öndərə həsr olunmuş videofilmin nümayişindən sonra tədbir millət vəkilləri Musa Qasımlı, Elman Nəsirov, BDU-nun professoru İzzət Rüstəmov və Tarix fakültəsinin tələbəsi Əli Babazadənin çıxışları ilə yekunlaşıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ural Federal Universitetinin rektoru BDU-da olub

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Prezidentin mükafatı Kamal Abdullaya təqdim edilib

BDU-ya qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

BDU-nun 100 illiyi münasibətilə Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

Abdulla Gül Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edilib

BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

Ər-Riyad Tehranla əməkdaşlığa hazırdır -Abdullah əl-Muallem

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb

İraq səfiri BDU-da olub

BDU rektoru universitetin jurnalist əməkdaşlarını qəbul edib

Kamal Abdulla “Azərbaycan diplomatik xidmət orqanları - 100” medalı ilə təltif edilib

BDU dünyanın 1000 nüfuzlu universiteti siyahısına daxil edilib

BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

BDU-da yeni fənn tədris olunacaq

15 Sentyabr 2019, 14:00 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statistik məlumatları açıqlayıb

15 Sentyabr 2019, 13:50 (GMT +4)
Birinci vitse-prezident şagird və tələbələri Bilik günü münasibəti ilə təbrik edib

15 Sentyabr 2019, 13:40 (GMT +4)
Son 4 ildə 400 kənddə 350 min istehlakçının elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

15 Sentyabr 2019, 13:27 (GMT +4)
Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edir

15 Sentyabr 2019, 12:32 (GMT +4)
Bu gün Vasif Adıgözəlovun anım günüdür

15 Sentyabr 2019, 09:55 (GMT +4)
Mərkəzi Bank 150 milyon manat cəlb edir

15 Sentyabr 2019, 09:01 (GMT +4)
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

14 Sentyabr 2019, 21:00 (GMT +4)
“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

14 Sentyabr 2019, 17:00 (GMT +4)
Yuqradan Azərbaycana “Neft yolu” təşkil olunacaq

14 Sentyabr 2019, 16:51 (GMT +4)
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

14 Sentyabr 2019, 16:49 (GMT +4)
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

14 Sentyabr 2019, 16:30 (GMT +4)
AQTA nəzarət tədbirlərini daha da gücləndirir

14 Sentyabr 2019, 16:20 (GMT +4)
Əfqanıstan hökuməti sülh danışıqları ilə bağlı olan bütün addımları dayandırıb

14 Sentyabr 2019, 16:08 (GMT +4)
Dörd yunan-Roma güləşçimizin dünya çempionatındakı rəqibi müəyyənləşib

14 Sentyabr 2019, 15:55 (GMT +4)
Səkkiz sığortaçı attestasiyadan keçib

14 Sentyabr 2019, 15:40 (GMT +4)
Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

14 Sentyabr 2019, 15:13 (GMT +4)
Azərbaycanın güləş millisi dünya çempionatına qələbə ilə başlayıb

14 Sentyabr 2019, 15:00 (GMT +4)
Prezident İlham Əliyev Meksikanın dövlət başçısına təbrik məktubu göndərib

14 Sentyabr 2019, 14:52 (GMT +4)
«Ən-Nusra» terror təşkilatı suriyalı qaçqınların İdlibi tərk etməsinə imkan vermir - KİV

14 Sentyabr 2019, 14:29 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

14 Sentyabr 2019, 14:02 (GMT +4)
Prezident İlham Əliyev Britaniya və Latviyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

14 Sentyabr 2019, 13:50 (GMT +4)
Şərur Sənaye Məhəlləsi yaradılıb

14 Sentyabr 2019, 13:29 (GMT +4)
Husilər Səudiyyənin 2 böyük neft zavodunu bu gün vurduqlarını bəyan ediblər (VİDEO)

14 Sentyabr 2019, 13:27 (GMT +4)
FHN-nin əməkdaşları qəza törətdi (FOTOLAR)

14 Sentyabr 2019, 12:57 (GMT +4)
Şirvanda yaşlı kişi kanalizasiya quyusuna yıxılaraq boğulub

14 Sentyabr 2019, 12:41 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14 Sentyabr 2019, 12:35 (GMT +4)
İran Kanadadakı əmlakının müsadirə edilməsi haqda kəskin etiraz və xəbərdarlıq edib

14 Sentyabr 2019, 12:27 (GMT +4)
DYP yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib

14 Sentyabr 2019, 12:02 (GMT +4)
Cavad Zərif İsrailin Ağ Evə qarşı cəsusluq etməsi xəbərinə maraqlı münasibət bildirib

14 Sentyabr 2019, 12:01 (GMT +4)
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları Azərbaycana gəliblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66