Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Kənddən Şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib

12 İyul 2019, 19:41 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində eyniadlı daha bir satış mərkəzi bu gündən etibarən Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 23/24 ünvanında vətəndaşların istifadəsinə verilib.

Açılış mərasiminə qatılan qonaqlar, fermer assosiasiyalarının nümayəndələri və yerli qida istehsalçıları paytaxtın daha bir nöqtəsində “Kənddən Şəhərə” satış mərkəzinin istifadəyə verilməsini yüksək qiymətləndirib, paytaxtın bu bölgəsində yaşayan insanların təmiz və keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətini qeyd ediblər.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova mərasimə toplaşan qonaqları salamlayaraq “Kənddən Şəhərə” layihəsinə qoşulduqları üçün yerli fermer və qida istehsalçılarına təşəkkür edib:

““Kənddən Şəhərə” artıq bir brendə, markaya çevrilib. Layihə çərçivəsində istifadəyə verilən ilk satış mərkəzimiz Səbail rayonunda Nizami küçəsi 154B ünvanında fəaliyyət göstərir. Burada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını əldə edə bilir. Eyni keyfiyyətdə məhsulları bu ərazidə yaşayan vətəndaşlarımızın daha rahat əldə edə bilməsi üçün artıq “Kənddən Şəhərə”nin Əhmədli filialını istifadəyə verdik. Düşünürəm ki, ilin sonuna qədər paytaxtın daha bir neçə nöqtəsində yeni satış mərkəzləri açılacaq və bu mərkəzlər paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bütövlükdə “Kənddən Şəhərə” satış mərkəzlərinin istifadəyə verilməsi Strateji Yol Xəritəsindən irəli gələn tələblərə xidmət edir.”

Məlumat üçün bildirək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlarımız həm “Kənddən Şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Dövlət Aqrar Ticarət Şirkəti" fermerlərə müraciət edib

Dövlət Aqrar Ticarət Şirkəti KOICA ilə protokol imzalayıb

Dövlət Aqrar Ticarət Şirkəti internetlə satışa başlayacaq

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin təşkil edəcəyi bayram yarmarkasının tarixi açıqlanıb

Dövlət Aqrar Ticarət Şirkəti gələn ay Bakıda ilk mağazasını açacaq

24 Sentyabr 2020, 18:00 (GMT +4)
Abşeron sakini 16 kq narkotiklə tutulub

24 Sentyabr 2020, 17:58 (GMT +4)
Gürcüstan Prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib

24 Sentyabr 2020, 17:48 (GMT +4)
Almaniyada koronavirus xəstələrinin sayı 278 mini keçib

24 Sentyabr 2020, 17:43 (GMT +4)
Təhsil naziri “World Skills International” təşkilatının rəhbər ilə görüşüb

24 Sentyabr 2020, 17:37 (GMT +4)
BDU Fransa Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24 Sentyabr 2020, 17:36 (GMT +4)
Fələstinli hərəkatların İstanbuldakı danışıqlalarında mühüm irəliləyiş əldə edilib

24 Sentyabr 2020, 17:30 (GMT +4)
Dövlət Turizm Agentliyinin vəzifələri artırılıb

24 Sentyabr 2020, 17:21 (GMT +4)
Avropa Parlamentində xarici müdaxilə ilə bağlı xüsusi komitə yaradılıb

24 Sentyabr 2020, 17:15 (GMT +4)
“Rəsul Rza” gəmisi təmirdən sonra yenidən xarici sulara yola salınıb

24 Sentyabr 2020, 17:01 (GMT +4)
Prezident İqtisad Universitetinin əməkdaşlarını təltif edib (SİYAHI)

24 Sentyabr 2020, 16:59 (GMT +4)
İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

24 Sentyabr 2020, 16:43 (GMT +4)
Neftçalanın yeni “Biznes Layihəsi” hazırlanacaq

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Gürcüstanda COVİD-19-a yoluxmada yeni anti-rekord qeydə alınıb

24 Sentyabr 2020, 16:40 (GMT +4)
Borrel Lukaşenkonun andiçmə mərasiminə münasibət bildirib

24 Sentyabr 2020, 16:21 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 25 mini keçib

24 Sentyabr 2020, 16:20 (GMT +4)
AzTU əlaqələrini genişləndirir

24 Sentyabr 2020, 16:16 (GMT +4)
Rusiyanın bütün bölgələrinə "Sputnik V" peyvəndi paylanıb

24 Sentyabr 2020, 16:10 (GMT +4)
SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

24 Sentyabr 2020, 15:45 (GMT +4)
Bayden Trampın hakimiyyəti dinc yolla ötürməkdən imtina etməsinə münasibət bildirib

24 Sentyabr 2020, 15:45 (GMT +4)
ASA sığorta təhsili ilə bağlı təkliflər paketi hazırlayıb

24 Sentyabr 2020, 15:42 (GMT +4)
Nazirlik: Bu gün daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020, 15:38 (GMT +4)
Azərbaycanda daha 162 yeni yoluxma faktı qeydə alınıb

24 Sentyabr 2020, 15:18 (GMT +4)
"Navalnı işi" səbəbiylə ABŞ-Rusiya münasibətləri çətinləşib - səfir

24 Sentyabr 2020, 15:06 (GMT +4)
AİB Azərbaycana 455 min dollarlıq yardım ayırıb

24 Sentyabr 2020, 15:00 (GMT +4)
Anabolik steroidlərin istifadəsi ilə bağlı mətbuat konfransı keçirilib

24 Sentyabr 2020, 14:56 (GMT +4)
Rusiya XİN diplomatların Bolqarıstandan qovulmasına qarşı cavab tədbirləri görüləcəyini vəd edib

24 Sentyabr 2020, 14:42 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı iki polis məmuru yaralanıb

24 Sentyabr 2020, 14:30 (GMT +4)
Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə həsr edilən turnir keçiriləcək

24 Sentyabr 2020, 14:21 (GMT +4)
Putin Nobel Sülh mükafatına namizəddir

24 Sentyabr 2020, 14:12 (GMT +4)
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66