Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib

15 İyul 2019, 14:10 (GMT +4)

Bakı, 15 iyul, SalamNews.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qarabağ neolit-eneolit ekspedisiyası" 2019-cu il çöl-tədqiqat planına əsasən may - iyun aylarında, Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparmışdır.

AMEA-dan SalamNews-a verilən məlumata görə, 2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində gerçəkləşmiş, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılmış, onların mühafizə vəziyyəti yoxlanılmışdır. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş, müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir.

Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilmişdir. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılmışdır.

"Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Xəqani Alməmmədovun bildirdiyinə görə, qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 m olduğu müəyyənləşdirildi. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir.

Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılmışdır. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülmüşdür. Həmin nümunələr əsasında AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya və Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaqdır.

3 saylı Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürmüş və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçmüşdür. Qeyd edək ki, götürülmüş nümunələrin Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaqdır.

3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir və onun tədqiqatı ümumilikdə, Qarabağ düzənliyində neolit mədəniyyətinin təşəkkülü, bu mədəniyyətin yayılma istiqamətləri və mərhələləri, Qarabağ neolitinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“AMEA Rəyasət Heyətinin Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında 11 iyun 2014–cü il tarixli 12/1 saylı qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılmışdır. Qeyd etmək istərdik ki, qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalmışdır.

Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilmişdir. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilmiş, onun ərazisində topoqrafik ölçmə işləri aparılmışdır. Növbəti tədqiqat mövsümündə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır. Horadiz yaşayış yeri Qarabağ bölgəsində qeydiyyata alınmış, coğrafi baxımdan bizə məlum olan ən cənub neolit dövrü abidəsidir” – deyə X.Alməmmədov bildirmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların reyestrini aparacaq

Gələn il AMEA 75 yaşını qeyd edəcək

“AMEA-nın professoru” adına seçki keçirilib

AMEA magistrlərinin “Məzun günü” keçirilib

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

AMEA-nın Ümumi yığıncağı keçirilir

AMEA respublika müsabiqəsi elan edir

“Azərkosmos” və AMEA İnstitutları arasında əməkdaşlıq təklifləri müzakirə edilib

AMEA-nın Elm Tarixi İnstitutunun saytı istifadəyə verilib

ADNSU ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı əməkdaşlıq edəcək

“AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan olunub

AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Elm həftəsi” keçirəcək

BDU-nun tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı təsdiq olunub

AMEA YT Park və Avtomobil Yolları Dövlət Agentliyi birgə layihələr həyata keçirəcək

Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12