Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Yaqub Mahmudova həsr edilən növbəti kitab çap olunub

15 İyul 2019, 16:30 (GMT +4)

Bakı, 15 iyul, SalamNews.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə həsr olunan növbəti əsər - “Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov” kitabı nəşr olunub.

Tarix İnstitutundan SalamNews-a bildirilib ki, nəşrə ön sözü AMEA-nın Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev yazıb.

Kitaba Milli Məclisin deputatları, görkəmli alimlər, tanınmış jurnalistlər və başqalarının Yaqub Mahmudov haqqında məqalələri, xatirələri daxil edilib. O, yazılarda Azərbaycan tarix elminin patriarxı adlandırılıb.

Əsərdə qeyd olunub ki, görkəmli tarixçi alim 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş müəllim, dosent və 1981-2004-cü illərdə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. Onun yetirmələri arasında tarixçi alimlər, yüksəkvəzifəli məmurlar, diplomatlar və başqaları var. Onlar qədimdən müasir dövrədək Azərbaycan tarixinin aktual problemlərinə həsr olunmuş dissertasiyalar yazıblar. Görkəmli alimin yetirmələrinin coğrafiyası Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, İran, Özbəkistan və digər ölkələri də əhatə edir. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. 2012-ci ildə Prezidentin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə institutun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib.

Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədi gətirilib. 2007-ci ildə 40 illik fasilədən sonra “Tarix İnstitutunun elmi əsərləri” jurnalının nəşri bərpa edilib, 2019-cu ildə isə institutun Elmi Arxivi və Kitabxanasının ilk elektron oxu zalının açılışı olub.

Kitabda, həmçinin qeyd edilib ki, akademik bir sıra mükafatlara, o cümlədən “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenlərinə layiq görülüb.

Xatırladaq ki, bundan əvvəl Yaqub Mahmudova həsr olunan 4 kitab - “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)”, “Yaqub Mahmudovun tarixçilər məktəbi”, tarixçi alim Nazim Məmmədovun “Akademik Yaqub Mahmudov elmi yaradıcılığında Qarabağ mövzusu” və jurnalist Lətif Şamxalın (Mustafayev) “Azərbaycan naminə” kitabları çap olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yaqub Mahmudov: Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur

Yaqub Mahmudov “Simurq” beynəlxalq medalı ilə təltif edilib

Yaqub Mahmudov ordenlə təltif edilib

Azərbaycan tarix elminin parlaq siması Yaqub Mahmudovun 80 yaşı tamam olur

Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub

Yaqub Mahmudov “Gənclərin dostu” mükafatı ilə təltif olunub

Yaqub Mahmudov tələbələrə ustad dərsi keçib

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

Yaqub Mahmudov: “Cümhuriyyətin qurulması od içində dirçəlişdir”

Yaqub Mahmudov: Türk dünyasını qafalarda birləşdirmək lazımdır

Yaqub Mahmudov: “İrəvan xanlığı” türk və alman dillərində də çap olunacaq”

1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb - Yaqub Mahmudov

Yaqub Mahmudov: Universitetin adı mənim təklifimlə dəyişdirilib

Yaqub Mahmudov: “Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir”

Yaqub Mahmudov: İlham Əliyev şüurlarda inqilab etdi

Yaqub Mahmudov beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışıb

Yaqub Mahmudov: Kiçik Ermənistana təzyiq yoxdur (VİDEO)

YAP Azərbaycanın müstəqilliyinin itirilməsinə yol vermədi - Yaqub Mahmudov

Türk xalqlarının vətəni Avrasiya məkanıdır - Yaqub Mahmudov

Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır - Yaqub Mahmudov

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12