Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib (FOTO)

15 İyul 2019, 16:44 (GMT +4)

Bakı, 15 iyul, SalamNews.Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirən məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə SalamNews-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Yeri gəlmişkən, Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş 5 məzundan 1-i Nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, 1-i Baş Cinayət Axtarışı İdarəsinə, 1-i Baş Kadrlar İdarəsinə, 2 nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.

Tədbirə yekun vuran Daxili İşlər naziri gəncləri şərəfli olduğu qədər yüksək məsuliyyət, işgüzarlıq, mükəmməl nəzəri bilik və praktik bacarıq tələb edən orta rəis heyəti vəzifələrinə təyin olunmaları münasibətilə bir daha təbrik edib, konkret tapşırıq və tövsiyələrini verib. O, xüsusilə qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, ölkəmizdə sabitliyin dönməzliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunması kursu daxili işlər orqanlarının da üzərinə böyük və məsul vəzifələr qoyur.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, digər hüquq-mühafizə orqanları ilə birlikdə gərgin səylər hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında ulu öndər və Prezidentin vurğuladıqları kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

V.Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda, Vətənə sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

Bakı polisinin reydləri zamanı 21390 partlayıcı oyuncaq və pirotexniki vasitələr götürülüb

Bakı polisi turistin itirdiyi portmanatı taparaq sahibinə qaytarıb

17 Yanvar 2020, 18:00 (GMT +4)
Nazirlər Kabinetində müşavirə keçirilib

17 Yanvar 2020, 17:54 (GMT +4)
Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

17 Yanvar 2020, 17:51 (GMT +4)
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17 Yanvar 2020, 17:45 (GMT +4)
“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

17 Yanvar 2020, 17:43 (GMT +4)
Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

17 Yanvar 2020, 17:40 (GMT +4)
Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

17 Yanvar 2020, 17:34 (GMT +4)
Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

17 Yanvar 2020, 17:32 (GMT +4)
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17 Yanvar 2020, 17:20 (GMT +4)
Moskvada istilik rekordu yenilənib

17 Yanvar 2020, 17:14 (GMT +4)
Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

17 Yanvar 2020, 17:12 (GMT +4)
AzTU-da 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2020, 17:07 (GMT +4)
“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

17 Yanvar 2020, 17:04 (GMT +4)
“Data analizi: SPSS və kontent təhlili" mövzusunda seminar keçiriləcək

17 Yanvar 2020, 16:58 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar indiyədək 1622 nəfərin namizədliyi qeydə alınıb

17 Yanvar 2020, 16:54 (GMT +4)
Mişustin və Medvedev görüş keçirib

17 Yanvar 2020, 16:52 (GMT +4)
Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

17 Yanvar 2020, 16:36 (GMT +4)
Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

17 Yanvar 2020, 16:29 (GMT +4)
Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

17 Yanvar 2020, 16:20 (GMT +4)
Ukrayna vurulan təyyarəyə görə İrandan sənəd üzərində etirafını istəyir

17 Yanvar 2020, 16:02 (GMT +4)
“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

17 Yanvar 2020, 16:01 (GMT +4)
İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

17 Yanvar 2020, 15:46 (GMT +4)
Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

17 Yanvar 2020, 15:40 (GMT +4)
AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 15:26 (GMT +4)
KİV: Ramzan Kadırova yeni vəzifə təklif edilib

17 Yanvar 2020, 15:15 (GMT +4)
«Ən-Nusra» Hələbin qərbini minaatanlardan hədəfə alıb, 8 sakin həlak olub

17 Yanvar 2020, 15:01 (GMT +4)
Qoşqar Təhməzli: Sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

17 Yanvar 2020, 14:58 (GMT +4)
Rusiya XİN Liviya mövzusunda ABŞ ilə fikir ayrılıqlarından danışıb

17 Yanvar 2020, 14:40 (GMT +4)
AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

17 Yanvar 2020, 14:26 (GMT +4)
Suriyada partlayış nəticəsində üç türk hərbçisi ölüb

17 Yanvar 2020, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66