Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

MİDA növbəti mənzil seçimi ilə bağlı açıqlama yayıb

16 İyul 2019, 13:16 (GMT +4)

Bakı, 16 iyul, SalamNews.Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilmiş dəyişikliklərə uyğun olaraq ilk dəfə iyulun 12-də güzəştli mənzillərin öz vəsaiti hesabına, iyulun 14-də isə gözləmə qaydasında seçimi uğurla həyata keçirilib.

SalamNews xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. Belə ki, iyulun 12-də Agentliyiniilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1 906 nəfər olub.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üstünlük təşkil edir.

Seçimin nəticələri barədə statistik məlumatlarla daha ətraflı buradan tanış olmaq mümkündür:

https://mida.gov.az/az/statistics/statistics_9/

https://mida.gov.az/az/statistics/statistics_10/

İyulun 14-də isə gözləmə qaydasında iştirak edən 663 istifadəçidən 435-i mənzil seçimini uğurla başa çatdırıb. Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Gözləmə qaydasında mənzillərin seçimi sabah saat 00:00-a qədər davam edəcək.

Yasamal Yaşayış Kompleksində qalan 827 mənzil bu ilin sonuna qədər həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışa çıxarılacaq. Yaxın vaxtlarda mənzillərin satışı ilə bağlı növbəti elan veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA növbəti mənzil satışının vaxtını açıqlayıb

MİDA: Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək

MİDA 22 milyon manata yaxın özəl investisiya cəlb edəcək

MİDA ulu öndərin  doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib

MİDA “Güzəştli mənzil” sistemində dəyişikliklər edib

MİDA 40 milyon manatlıq özəl investisiya cəlb edəcək

MİDA: “Ernst & Young” güzəştli mənzillərin ilk satışının şəffaf keçdiyini təsdiqləyib

MİDA yanvarın 25-də həyata keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

MİDA güzəştli mənzil almaq istəyənlərə müraciət edib

Prezident İlham Əliyev MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satış tarixini elan edib

MİDA-nın Yasamal Yaşayış Kompleksində ilk mənzillərin satışı başa çatıb

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

MİDA və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

MİDA-nın satış sistemində yaranmış problemə aydınlıq gətirilib

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

MİDA-da gənclər təşkilatları üçün görüş keçirilib

Prezident MİDA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb

Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Türkiyə prezidenti

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66