Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bakıda Dünya İslam Kulinariya Konqresinin açılışı olub (FOTOLAR)

16 İyul 2019, 14:20 (GMT +4)

Bakı, 16 iyul, SalamNews.İyulun 16-da “Dreamland Golf Club Baku” kompleksində Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi (MKA) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Dünya İslam Kulinariya Konqresinin açılışı olub.

SalamNews xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Gökhan Tufan çıxış edib. O, belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Dünyada 2 milyarda yaxın insanın İslam dinə sitayiş etdiyini söyləyən Gökhan Tufan bu konqresin keçiriməsində əsas məqsədin islam ölkələrinin kulinariyasını bir araya gətirmək və təbliğ etmək olduğunu deyib.

Tədbirdə MKA-nın prezidenti, professor Tahir Əmiraslanov konqres barədə geniş məlumat verib. Bildirib ki, bu gündən Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Konqresdə 24 ölkə iştirak edir.

Qeyd edib ki, tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadıçıların İslam mətbəxi yarışları, WICS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WICS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək. Tədbir çərçivəsində, həmçinin II Beynəlxalq İslam Kulinariya Çempionatı da təşkil olunacaq. Bu, peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq.

Vurğulanıb ki, tədbir zamanı “Halal” sərgi keçiriləcək. “Halal” sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. Üç gün ərzində şirkətlər məhsullarını sərgidə göstərə biləcəklər. Konqres zamanı ilk dəfə dünyada “Hilal Star” mükafatı Azərbaycanda bir restorana veriləcək ki, bu da dünya kulinariya tarixində çox böyük əhəmiyyətə malik olacaq. Tədbir daxilində WICS münsiflər treninqi də keçiriləcək. Ölkəmizin aparıcı usta aşpaz və ya ali peşə təhsili alan mütəxəssislər beynəlxalq WICS münsif sertifikatı ala biləcəklər.

Konqres çərçivəsində daha bir möhtəşəm tədbirin olacağını söyləyən Tahir Əmiraslanov deyib ki, keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi “YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək.

T. Əmiraslanov ötən il nəşr olunan “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” adlı kitab barədə də məlumat verib. Vurğulayıb ki, kitab daimi olaraq Azərbaycan mətbəx mədəniyyətini diqqətdə saxladığına, dünya miqyasında tanıtdığına və UNESKO-nun siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib. Qeyd edib ki, kitabda 2016-cı il Abşeronda, 2017-ci il Xaçmazda keçirilən dolma festivallarında təqdim olunan 381 dolma növü öz əksini tapıb. Bu növlər ölkəmizin bütün rayon, kənd və şəhərlərindən toplanıb. Nəşrdə verilən bəzi dolmalar artıq patent hüququna malikdir.

Tədbirdə WICS-in baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək konqres barədə öz fikirlərini bölüşüblər.

Sonra "Hilal star" brendinin təqdimatı olub. Birulduzlu "Hilal star" "Turan" restoranına verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

20 Avqust 2019, 18:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

20 Avqust 2019, 17:50 (GMT +4)
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb

20 Avqust 2019, 17:45 (GMT +4)
Makron Facebook-da rus dilində şərh yazıb

20 Avqust 2019, 17:34 (GMT +4)
Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesləri asanlaşdırılıb

20 Avqust 2019, 17:25 (GMT +4)
Netanyahu İsrailin İraqa aviazərbə endirməsi iddiasına münasibət bildirib

20 Avqust 2019, 17:16 (GMT +4)
Türkiyədə 12 yaşlı rusiyalı uşağın əli hovuzun borusuna düşüb 

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12