Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

17 İyul 2019, 10:10 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib.

DTX-nin ictimai əlaqələr şöbəsindən SalamNews-a bildiriblər ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstəsi qoyulub.

Akademiyanın akt zalında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

DTX-nin rəisi, general-leytenant Əli Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

General-leytenant Əli Nağıyev ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən gənc zabitlərin əldə etdikləri mühüm bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması uğrunda vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. O, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.

Azərbaycanda xüsusi xidmət orqanlarının ali təhsil müəssisəsinin yaradılması ideyasının Ulu Öndərə məxsus olduğunu qeyd edən general-leytenant Əli Nağıyev bildirib ki, təhlükəsizlik orqanlarının ixtisaslı, peşəkar kadrlarla təmin edilməsi və onların hazırlıq səviyyələrinin daim artırılması məsuliyyətli və prioritet vəzifədir.

DTX rəisi diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində də aparılan islahatlar, kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması təlim-tədrisin keyfiyyət göstəricilərini durmadan yüksəldir. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmə və təhsilə hərtərəfli diqqət və qayğısı nəticəsində ölkədə gənclərin müasir bilikləri mənimsəmələri və kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. DTX-nin Heydər Əliyev adına Akademiyası da bu sırada öncül yerlərdən birini tutur.

Qeyd edilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının bir əsrlik tarixinin ən şərəfli və yaddaqalan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli Liderin amallarına, miras qoyduğu ənənələrə daim sadiq olan DTX-nin şəxsi heyəti bu məktəbin layiqli davamçısı adını doğrultmaq üçün bütün gücünü səfərbər edib. Dövlətimizin başçısı tərəfindən bütün dövlət qurumlarına, o cümlədən DTX-yə xüsusi qayğı göstərilir. Qurumun maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin əməliyyat-döyüş hazırlığının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: “Biz hamılıqla Ulu Öndərin bizə əmanət etdiyi, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.

Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcəkdir.

Sonra general-leytenant Əli Nağıyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim edib. Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib.

Məzunların valideynləri Akademiyada yaradılan hərtərəfli şəraitə, kursantlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX Ağstafanın icra başçısı və müavininin saxlanılması barədə məlumat yayıb (VİDEO)

DTX: Partlayıcı qurğu "mütəxəssisi" və digər terrorçular saxlanılıb

DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

DTX-nın hərbi qulluqçularının, mülki işçilərinin maaşlarının məbləğləri təsdiqlənib

DTX rəisinə general-leytenant ali hərbi rütbəsi verilib

DTX-ə yeni rəis təyin edilib

DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib

DTX rəisi Yaşar İsakovu medalla təltif edib (FOTO)

DTX: Respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur

DTX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər

DTX-nin rəisi: Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır

DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

DTX əməkdaşları Bakı trekində veloyürüş keçirib (FOTOLAR)

BSU rektoru DTX-nin medalı ilə təltif olunub

DTX-nin Mədəniyyət Mərəzində “Şanlı Vətən” tamaşası nümayiş edilib

DTX-nin kollektivi ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Prezident İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib (SİYAHI)

DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib (SİYAHI)

DTX Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66